Möhtəşəm idman qələbələrimiz

Prezident İlham Əliyev: “Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır”

Azərbaycan idman ölkəsi olduğunu bütün dünyaya hələ 2015-ci ildə sübut etmişdir. I Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə qərara imza atanlar yanılmamışdılar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub. Şübhəsiz ki, bu, Prezident İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifədir. Xatırlatmaq olaraq qeyd edək ki, 26 il öncə, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilmişdi. Bununla Azərbaycan idmanında dönüş olmuşdur. O zamandan başlayaraq Azərbaycanın idman tarixində qələbə və zəfər dolu yeni səhifələr yazılmağa başlayıb. Bu gün də Azəraycan idmançıları bu inkişaf tempini saxlmaqda davam edirlər. Necə ki, Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışında qeyd etdiyi kimi, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır: “Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”.

Cənab Prezident müstəqil Azərbaycanda idman sahəsinə yeni nəfəs gətirib. Məhz dövlətimizin başçısının idman sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsində idmançılarımız yeni-yeni uğurlar əldə ediblər. Buna görə də hazırda Azərbaycanda idman özünün sürətli yüksəliş dövrünü yaşayır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. “Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır”,- deyə o əlavə edib.

Azərbaycanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula I Qran-Prisi, Şahmat Olimpiadası, Tur de Azərbaycan və s. beynəlxalq yarışlar keçirilib. Ayrıca Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər. Bu yarışlarda möhtəşəm idman qələbələrimiz, eləcə də ölkəmizin qüdrəti, tarixi, mədəniyyəti və icəsənəti, gözəlliyi bütün dünyaya təqdim edilir. Prezident İlham Əliyev idmançılarımızın bu uğurlarını çxışında xüsusi vurğulayıb: “Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər”.

Bütün bunlar cənab Prezidentin idmana göstərdiyi diqqət və qayğının müsbət nəticəsidir. Azərbaycan idmançıları tarixi qələbələrə nail olurlar. Artıq bütün idman ictimaiyyəti ölkəmizin inkişafı naminə səfərbər olublar. Sevindirici haldır ki, bu prosesə Prezident İlham Əliyev bütün varlığı ilə qoşulub. Eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əksər idman tədbirlərinin təşkilat komitəsinə rəhbərlik edir. Bu yüksək təşkilatçılıq bacarığının nümayiş etdirilməsi nəticəsidə Azərbaycan idman ölkəsinə çevirilib. Bu da ölkəmizin dünyada imicini daha da qaldırıb. Bunu ölkə başçısı da qeyd etdi: “İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir”.

İldən-ilə idmana və idmançılara dövlətin diqqəti və qayğısı daha da artır. Bu mütərəqqi ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna görə də hazırda bütün idman ictumaiyyəti cənab Prezidentin ətrafında birləşərərk, dövlətimizə, xalqımıza xidmət edirlər.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu