“Tarix yazan qəhrəmanlarımız” sənədli filminin və “Şəhidlər ölməz Vətən bölünməz” kitabının təqdimatı bu gün keçirildi

Xatırladırıq ki, Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində  Şəhidlərimizin əziz xatirəsinə ehtiramımızı bildirirək “Tarix yazan igidlərimiz” sənədli filmini “Şəhidlər ölməz Vətən bölünməz”  kitabını 2022-ci ildə ərsəyə gətirmişik. Belə təqdimatları isə müxtəlif məkanlarda davam etdiririk.

Əkrəm Bəydəmirlinin müəllifi olduğu kitab 33 Şəhidimizdən, film isə II Qarabağ müharibəsinin üç qəhrəmanından bəhs edir.

Şuşanın fatehlərindən biri olan Şəhid Samir Mehdiyevin  vaxtılə təhsil aldığı Xəzər rayonu Zirə qəsəbəsindəki 241  saylı məktəbdə “Tarix yazan qəhrəmanlarımız” sənədli filminin və “Şəhidlər ölməz Vətən bölünməz” kitabının təqdimatı bu gün keçirildi.

Samir Mehdiyevin həyat yolu və qəhrəmanlıq dastanından söhbət açan toplantı iştirakçıları belə filmlərin və kitabın geniş təqdimatlarının keçirilməsinin zəruri olduğunu bildirdilər. Şəhidimizin anası Mahirə xanım Mehdiyava və   döyüş yoldaşları, məktəbin müəllimləri belə tədbirlərin orta məktəb şagirdlərinin dünyagörüşünə, vətənpərvərlik ruhunun yüksəlməsinə müsbət təsir etdiyini vurğuladlar. Tədbir zamanı məktəb şagirdlərinin hazırladıqları kompazisiyalar, musiqi və şeir nümunələri coşquyla qarşılandı.