Asəf Abidin oglunun şəhidlik zirvəzinə ucaldığı gündən 2 il ötur

Dunyaxeber.org-a verilən məlumata görə 16 dekabr 44 günlük müharibənin qəhrəman şəhidlərindən olan, Qax rayon Şəhid Ağayev Asəf Abidin oglunun şəhidlik zirvəzinə ucaldığı gündən 2 il ötur.Yaşadığı yeni Suraxanı qəsəbəsində şəhidimizin əziz xatirəsini anmaq üçün rayon İcra hakimiyyətinin təştilatçılığı və iştirakı ilə Suraxanı rayon ictimayyəti şəhidimizin ruhunun işıgına toplaşmışdır.Ağayev Asəf Abid oğlu 1993-cü il, noyabrın 24-ündə Qax şəhərində anadan olub. 2000-ci ildə Qax rayonunda orta məktəbə gedib. Onun uşaqlıqdan hərbiyə böyük marağı olub. Anasının ürəyindən olmasa da, 9-uncu sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseyi yüksək nəticə ilə bitirdikdən sonra Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyasına daxil olub və  müvəffəqiyyətlə başa vurduqdan sonra Asəf Azərbaycanın ordu sıralarında xidmət etməyə başlayıb.5dil bilən gəncə hərbiyə olan maraq məhz atasından keçibmiş . Atası Abid Ağayev l Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsinin ilk günlərindən başlayaraq, Füzulidən Şuşaya qədər döyüş yolu keçən Asəf  müharibədən sağ salamat çıxdığı üçün ailəsi qurban da kəsmişdi . 16 dekabrda məzuniyyətlə evlərinə qayıtmalı imiş. Amma erməni terrorçuların həyata keçirdiyi təxribat onun yenidən vəzifəsinin başına qayıtmasına səbəb oldu. Ailə üzvləri ilə olan sonuncu yazışmasında hələ bir neçə erməni yaraqlısının Qarabağda qaldıqlarını və onları məhv etməli olduqlarını qeyd edib. Ailəsi onun dekabrın 16-da geri qayıdacağını gözləsə də, o, 18-də qayıdır, amma şəhid kimi…Ruhu şad olsun.
Dunyaxeber.org