Sülhməramlılar mülki vətəndaşlarımıza güc tətbiq etdi – Şuşada nə baş verir?

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi yolda keçirilən etiraz aksiyasından çəkilən fotolar arasında bir məqam diqqət çəkdi. Fotodan görünür ki, sülhməramlılar aksiya iştirakçılarına güc tətbiq etməyə cəhd göstərir. Bununla yanaşı, sülhməramlı, azərbaycanlı jurnalistlərin avtomobilinə də avtomatın qundağı ilə zərbə endirib.

– Sərbəst toplaşmaq azadlığı;
– İfadə azadlığı;
– Başqa ölkənin ərazisində qeyri-qanuni addımın atılması;
– Başqa ölkənin suverenliyinə qarşı atılan addım;

Fotoda etirazçılara qarşı güc tətbiqinə cəhd edən sülhməramlılar, həm beynəlxalq qanunları, həm Azərbaycan qanunvericiliyini açıq şəkildə pozur.

Və bu kadr həm də bölgəyə hüquq-mühafizə orqanlarının, təhlükəsizlik qüvvələrinin müdaxiləsi zərurətuini yarada bilər. Çünki etirazçılar yolda çadr qurublar və tələbləri icra edilməyənə qədər yolu açmayacaqlar. Sülhməramlıların davranışı mülki əhaliyə qarşı güc tətbiqi ssenarisinin də işə düşə biləcəyini istisna etmir. Bu baxımdan, vətəndaşların təhlükəsizliyinin təmin edilməsini Azərbaycan polisi və hərbçiləri təmin etməlidir. (publika.az)