TV23 informasiya agentliyinin Kanalın Baş Redaktoru Rəvan Məmmədova təşəkkür edirik

Dünya ana və uşaqlar ic. birliyi və Dünyaxeber.org Zaqatala rayon nümayəndəsi Xanım Nurullayevanin verdiyi məlumata görə,   bir ay bundan qabaq bizə müraciət olunaraq, Zaqatala rayonu Çobankol kəndindən Ībrahimova Fidan Osman qızının 2 dərəcəli Skaliozdan əziyyət çəkirdiyini bildirmişdi. Xəstənin evində oldum, sənədlər və vəziyyəti ilə tanış oldum, əməliyyatına 38 min manat istənilmişdi ,imkanları olmadığından ailəyə köməklik etmək,facebook üzərindən kartını paylaşaraq köməklik olunmasını xahiş etmişdim.Paylaşımdan az müddət sonra Bakıdan Rəvan Məmmədov adlı şəxs əməliyyatı öhdəsinə götürdü,telefon nömrəsi verdi və ailənin əlaqə saxlamasını bildirdi.Bu gün əməliyyat uğurla keçib .

TV23 informasiya agentliyinin Kollektivi Başda Kanalın Baş Redaktoru Rəvan Məmmədov olmaqla Zaqatala rayon Çobankol kənd sakini İbrahimova Fidan Osman qızının əməliyyatını Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  verdiyi“Tibbi sığorta haqqında” fərman hesabına bu gün İbrahimova Fidan Osman qızının əməliyyatı uğurla həyata keçirildi.

Şəxsən öz adımdan bu ailəyə köməklik göstərən hər bir kəsə təşəkkür edirəm .

Dünyaxeber.org Xanim Nurullayeva