“Tarix yazan igidlərimiz” sənədli filminin təqdimatından reportajı təqdim edirik

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışları” layihəsi çərçivəsində çəkilmiş Şəhidlərimizdən bəhs edən “Tarix yazan igidlərimiz” sənədli filminin təqdimatından hazırlanmış reportajı təqdim edirik.
Şəhidlərimizin əziz xatirəsinə ehtiramımızı bildirirək “Tarix yazan igidlərimiz” sənədli filmini yüksək səviyyədə ərsəyə gətirdik. Gənclərin dünyagörüşünə, həyata baxışına bu, filmlər təsir etmək gücündə olacaq. Bu baxımdan qəhrəmanlarımızın həyat yolu və döyüş anlarından bəhs edən filmi çəkmək strateji mahiyyət kəsb edir.
44 günlük Vətən müharibəsində böyük fədakarlıq göstərən 18 yaşlı gəncimiz Həsənağa Şirvaninin, I və II Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Samir Şükürovun, XTQ-nin əfasənəvi döyüşçüsü, Şuşanın fatehlərindən biri gizir Samir Mehdiyevin həyat və döyüş yolundan bəhs edən “Tarix yazan igidlərimiz” sənədli filminin yaxın vaxtlarda təqdimatı keçirildi.
Xatırladırıq ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.
Mirzə Azad İnternet TV-yə təşəkkür edirik.