Şəhid adı verilmiş mədəniyyət evinin xoşagəlməyən aqibəti…

Dunyaxeber.org Zaqataladan verdiyi məlumata görə, Baxımsız və diqqətdən kənarda qalmış bu bina Zaqatala rayonu Aşağı Tala kənd mədəniyyət evinin binasıdır. Binanın həyətinə girdikdə sanki özümü işğaldan azad olunmuş torpaqlarda hiss etdim.Bina mərkəzi küçədə yerləşməyinə baxmayaraq ,həyəti kol- kos basıb , ikinci mərtəbəsində böyük ağac bitib , ətrafı böyük bir zibilliklə əhatə olunub .

Araşdırdım ki, binaya Aşağı Tala kənd 1 ci Qarabağ müharibəsi Şəhidi – Davudov Azad Əli oğlunun adı verilib. Məlumatı dəqiqləşdirdikdən sonra rəsmi müraciət edərək nazirliyin əməkdaşıyla əlaqə saxladım. Xəbər verdilər ki bina Mədəniyyət Nazirliyinin balansından silinib.Şəhid adı verilən bina Mədəniyyət Nazirliyi tərəfindən balansdan silinə bilər?
Bu məsələni nəzarətdə saxlayacağıq .
Dunyaxeber.org Zaqatala Xanım Nurullayeva