Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən 10 manat pul yığılır? – ÖZBAŞINALIQ!

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığıldığına dair iddialar yayılıb.

Dünyaxeber.org Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir. Pul verməyən şəxslər saatlarla növbədə qalırlar.

Vətəndaşlar səhər saat 09:00-dan gəlsələr də, iki saatdan çox növbədə qaldıqlarına və qeyri-qanuni 10 manat pul toplandığına etiraz ediblər.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB-dən Oxu.Az-a bildirildi ki, yayılan görüntülərlə bağlı hazırda araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Həmin videogörüntüləri təqdim edirik:

http://baku.tv/embed/65566