“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi , Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə, cəmiyyət və biz …!” Həssas qruplara aid uşaq və ailələrin sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirmə layihəsinin son təlimini keçirdi.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi sədri və layihə rəhbəri Cəmilə Çingizqızı QHT.az-a xəbər verib ki, həssas qruplarla işləməyə hazırlaşan tələbələrə iki gün təlim təşkil edildi..
Təlimin məqsədi, gənc tələbələrə maarifləndirmə işini həyata keçirmək, onlara eşitmə məhdudiyyətli, sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək,onlarla davranış qaydaları və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. İlk təlim “ Psixodinamika” reablitasiya mərkəzində , ikinci təlim isə Azərbaycan Pedaqoji Kollecində keçirildi. Təlimçilərimiz loqoped Ləman Rəfiyeva, psixoloq-Səyidə Abbasova və klinik psixoloq Könül Abbasova tərəfindən keçirildi. Mütəxəssislərimiz tələbələrə, gələcəkdə həsass qruplardan olan uşaqlar və onların ailələri ilə işləmək, sağlamlıq imkanları məhdud uşaqların yaranma səbəbləri, onlarla düzgün diaqnostik işlərin aparılması, reabilitasiya işinin düzgün təşkil edilməsi, davaranış qaydaları, psixo-loqopedik yanaşmalardan danışıldı.
Hazırkı dövrdə uşağın inkişaf vəziyyətinin valdeyinlər və ailənin digər yaşlı üzvləri tərəfindən adekvat qiymətləndirilməsi çox vacibdir. Bunun üçün onların inkişaf normativlərini bilmələri zəruridir.
Reabilitasiya xidmətləri üçün düzgün metodiki vəsaitlərin seçilməsi, uşaqlara düzgün yanaşmanın necə olduğunu və həmin uşaqların valideyinləri ilə necə ünsiyyət qurmalarından söhbətlər aparıldı. Həmçinin tələbələrə təlim materialları, İctimai Birlik tərəfindən çap olunan “Səssiz Dünyaya Körpü” adlı kitab da təqdim olundu ki, bu kitab vasitəsilə eşitmə məhdudiyyətli şəxslərlə ünsiyyət qurmalarına kömək olsun. Sonda hər bir tələbəyə gələcək peşələrində uğurlar arzulandı