Erkən nikah – ailə genefondu təhlükə ilə üz-üzə!

Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikah –
ailə genefondu təhlükə ilə üz-üzə” adlı layihəsi çərçivəsində reqionlarda tədbir başa catmişdi.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa  həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya  görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyada müəyyənləşdirilmiş son həddir.

Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirləri son illər ictimai diqqət çəkən mövzulardan olub. Bu aspektdə  “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı  bölgələrdə Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunub. Ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” aparılan statistik müayinəyə əsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb.erkən nikah və qeyri-rəsmi nikahların əsasən cənub rayonlarında geniş yayılması, erkən nikahların gənc qızların təhsil almaqlarına maneçilik törətməsidir. Erkən nikahın mövcud olması ilk növbədə qadınların reproduktiv inkişafına, qadınların vaxından əvvəl yaşlanmasına, doğulan uşaqların sağlamlığında problemlərin yaranmasına,uşaqların təlim və tərbiyəsinin təhsili olmayan qadınlar tərəfindən aparılmasına və uşaqların normal təhsil almasına öz mənfi təsirini göstərir. Bu mənfi təsir cəmiyyət üzvləri arasında qarşısı alına bilinməyən və bəzi hallarda tibb elminin aciz qaldığı problemlərə yol açır. Bu da öz növbəsində cəmiyyətin inkişafı və təhsilli gənclərin formalaşmasına öz mənfi təsirini göstərir.Problemin ictimai əhəmiyyətini necə müəyyən olunmasını kütləvi informasiya vasitələrində yayılan məlumatlara və Azərbaycan Respublikası Dövlət StatistikaKomitəsinin dərc etdiyi hesabatlarda görmək mümkündür. Belə ki, statistik nəticələr son illərdə cənub regionlarında erkən nikahların və qeyri-rəsmi nikahların qeydəalınması göstərir. Rəsmi statistikaya əsasən Azərbaycanda hər il 4000-ə yaxın erkənnikah baş tutur. Belə nikahlardan 3500-ə yaxın körpə dünyaya gəlir. Bu statistika
problemin ciddiliyindən xəbər verir. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi tərəfindən verilən statistika da bildirilir ki, Azərbaycanın elə bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir. Xüsusən cənub rayonlarında bu fərq özünü daha qabarıq göstərir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, gənc qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir. Bildiyimiz kimi, Azərbaycanda erkən nikah yaşı 18 yaşadək müəyyən olunmuşdur. Yəni, 18 yaşı tamam olmamış şəxsin nikahı erkən nikah hesab edilir. Problemin aktuallığı əsasən cəmiyyətin inkişafının təməl daşı olan təhsilin erkən nikah olduğu
təqdirdə mövcud olmaması, başqa sözlə, erkən nikaha daxil olan şəxsin daha tez ailə qayğıları ilə üzləşməsi və nəticə olaraq təhsildən kənarlaşmaları hallarının yaranması  və eləcə də cəmiyyətin həyatında passiv iştirak edir, bir çox sosial layihələrdən kənarda qalırlar.

Layihə erkən və qeyri-rəsmi nikahların bağlanmasının zərərli nəticələrinin təbliğindən ibarətdir.Layihədə əsasən gənc qızların yarımçıq qalan təhsillərinə səbəb olan halların müəyyən edilməsi və valideynlərin
qızların təhsil almaqlarına sövq edilməsinə təşəbbüslərin hazırlanması, erkən və qeyri-rəsmi nikahın hüquqi problemləri və tibbi fəsadları barədə maarifləndirilmə işləri aparılacaqdır. Layihə 3 aylıq müddəti təşkil etməkləcccccccccccccccccccc Astara, Biləsuvar və Lerik rayonlarında hər rayonda bir tədbir keçirilmişdi. Tədbirdə layihəyə cəlb olunmuşhüquqşünas erkən və qeyri-rəsmi nikah mövcud olduğu halda cəmiyyət üzvlərinin hüquq riski və əmlak manəfelərinin itirilməsi barədə təlim keçirilmişdi. Layihəyə cəlb olunmuş ekspert isə erkən nikah baş verdiyi zaman gənc qızlarımızın vaxtıdan əvvəl ana olması nəticəsində onların reproduktiv inkişafına mənfi təsirinin nəticələri barədə tədbir iştirakçılarına məlumat verilmişdi.