Dunyaxeber.org a verilən məlumata görə Fudokan idman növü üzrə xeyriyyə xarakteri daşıyan Açıq Respublika turniri keçiriləcək
22 noyabr 2022-ci il tarixində Sərhədçi Olimpiya İdman Mərkəzində Fudokan Karate-do idman növü üzrə Açıq Respublika turniri keçiriləcək.
Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasıdakı rəsmi və səlahiyyətli nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, turnir xarakteri daşıyır.
Bir sıra beynəlxalq yarışların qalibi olmuş, dəfələrlə respublika çempionu olmuş Əhmədov Ülvi adlı idmançımız qan xərçəngindən əziyyət çəkir. Məhz turnirin əsas məqsədi idman camiyəsində birlik göstərib, idmançımıza dəstək olub, gələcək bəxş etməkdir.
Belə ki, turnirdə iştirak edəcək bütün iştirakçılar könüllü şəkildə turnirin mükafat fonduna müvafiq ianə etməlidilər. Fonda yığılan bütün ianələr, qan xərçəngindən əziyyət idmançımızın müalicəsi üçün təqdim ediləcək.
Nümayəndəlikdən bildirilib ki, eyni zamanda fudokan ailəsi olaraq, daim xeyriyyə layihələrində yaxından iştirak edirik və bundan sonra da bucür xeyriyyə layihələrinin keçiriləməsi planlaşdırılır.
Biz birlikdə güclüyük!
Qeyd edək ki, Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasıdakı rəsmi və səlahiyyətli nümayəndəsi 3 dəfə dünya çempionu, Azərbaycan Respublikasının idman ustası, 5-ci dan qara kəmər sahibi Vüsal Abdullazadədir.