Bu gün (24.10.2022) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “Ustad Dərsləri” Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində aşıq sənətinin incəliklərinə yiyələnmək istəyən 8 (səkkiz) nəfər yeniyetmə və gəncə onuncu ustad dərsləri keçirildi.
Tədbir iştirakçılarını salamlayan “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, layihənin rəhbəri Pərvanə Mustafayeva maliyyə dəstəyi verdiyinə görə bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. Növbəti dərsi keçmək üçün sözü Sevil (Xıdırova) Ədalətə verdi.
Sevil (Xıdırova) Ədalətə layihəyə dəstək verdiyinə görə bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdikdən sonra növbəti dərsə başladı. Evə verilən tapşırıqları şagirdlərdən soruşuldu, Yanıq Kərəmi saz havası bütöv formada ifa edildi, Osmanlı divanisi haqqında məlumat verildi və şeir yazdirıldı.
Qeyd edək ki, iki ay (01.09.2022-01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində 8 nəfər yeniyetmə və gəncə saz sənəti haqqında zəruri biliklər veriləcək.Xeberdar.net