“Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri” – FOTOLAR

“Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri” adlı layihəsi çərçivəsində təlimlər keçirildi

Məlumat üçün bildiririk ki, “Ailələrin Sosial Problemlərinin Həllinə Dəstək” ictima birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi qadınlar və qızlar arasında Şuşa şəhərinin tarixi, mədəniyyəti və turizmi barədə bilik və bacarıqlarının artırılması və turizm bələdçilərinin hazırlanmasından ibarətdir. Layihə çərçivəsində Şuşa şəhərçiyindən seçilmiş 20 gənc qıza və 20 xanıma təlim təşkil olundu. Hər qrup üzrə 3 gün davam edən təlim kursunda təlimçilər Taleh Mansurov, Samirə Novruzova və ekspert Asim Vəliyev tərəfindən “Şuşanın turizm potensialı”, “bələdçiliyin əsasları”, “Şuşanın milli mətbəxi”, “Şuşanın tarixi abidələri” mövzusunda, eləcə də turistlərlə ünsiyyətin qurulması, bələdçilik peşəsinə yiyələnmək üçün vacib olan şəxsi keyfiyyətlər, turizm sahəsində beynəlxalq təcrübə, turizm məhsulunun satışının artması üçün müasir turizm trendlərinə adaptasiya texnikası və digər mövzular haqqında nəzəri və praktik məlumatlar verildi. Təlim iştirakçılarına layihə çərçivəsində nəşr olunmuş maarifləndirici bukletlər, kitabçalar paylandı. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Cebhe.info