Güləşçimiz dünya çempionatında erməniyə qalib gəldi

Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hrayr Alixanyanı məğlubiyyətə uğradıb.

Qadjiyev finala gedən yolda Vasile Diakonla (Moldova) güləşəcək.

125 kq-dakı Vaxit Qalayev eyni raundda Alişer Yergaliyə (Qazaxıstan) uduzub. 61 kq-da yarışan İntiqam Vəlizadə 1/8 finalda Elkin Santaya (Kolumbiya) yenilib.

Bu gün həmçinin 70 kq-dakı Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kq-dakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə