Şəhidimiz Vidadi Məmmədovun anım günü ilə bağlı Tala kənd qəbristanlığa izdihamlı bir tədbir keçirildi

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vidadi Məmmədov 2020 ci il sentyabrın 27 də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovşanın azadlığı uğrunda gedən dóyüşlərdə iştirak edib.
Vidadi Məmmədov oktyabr ayının 13 də Suqovşanı döyüşləri zamanı Şəhid olub .Muxax kənd məzarlığında dəfn olunub,subay idi.

Azərbaycan Prezidenti Ī.Əliyevin 15.12.2020 ci il tarixli sərəncamına əsasən Vidadi Məmmədov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunub Vudadi Məmmədov həmçinin,ölümündən sonra Vətən müharibəsi iştirakçısı və Cəsur döyüşçü medalı ilə təltif olunub.

Bu gün Vidadi Məmmədovun Şəhadətə ucaldığı gündür və məzarı üstündə tədbir keçirildi.Tədbirdə Zaqatala rayon Īcra Başçısı M.Əhmədzadə başda olmaqla ,rayon idarə və müəssisə rəhbərləri,kollektivlər,Şəhid anaları,məktəb şagirdləri,Dini qrumlar ,kənd ictimaiəti iştirak etdilər Vidadi Məmmədovun ruhuna dualar oxundu .Məkanın cənnət olsun Şəhidim.