“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri verilən dəyərə görə təşəkkür etdi

Həyatda yaradıcılıq fəaliyyətimlə bağlı çox sayda uğurlarım və təltiflərim olub.Və halal zəhmətimlə əldə etdiyim uğurlarımdan hər zaman çox sevinmişəm.
Bu günkü uğurumun və bu günkü sevincimin bir başqa gözəlliyi var..bu günkü uğurum və bu günkü sevincim apardığım ictimai fəaliyyətimlə bağlıdı..heç zaman ictimai işdə çalışmamışdım.Ancaq ictimai işdə layiqli çalışmağın da öz gözəlliyi var və mən bunu az da olsa bacardım.Buna görə özümü çox xoşbəxt hiss edirəm.
..Hər bir insan həyatda əldə etdiyi uğurlarından çox sevinər..kimisi ailəsindən,kimisi övladından,kimisi işindən, kimisi də halal zəhməti ilə işində qazandığı uğurlarından..və insan onun uğurlarına dəyər verməyi bacaran dəyərli və xeyirxah insanların əhatəsində daha çox sevincli,daha çox xoşbəxt hiss edər özünü..
qısa haşiyə: 2021-ci ilin oktyabr ayının 1-dən “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri kimi fəaliyyət göstərirəm.Məni bu ictimai fəaliyyətə “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Sədri,şəxsiyyətinə və ziyalılığına dərin rəğbət bəslədiyim çox hörmətli,cox dəyərli xanım,vətənpərvər Vətən övladı, hər zaman Şəhid Ailələrinə, Qazilərimizə, aztəminatlı ailələrə diqqət və qayğı ilə yanaşan Dünya Xanım Əliyeva təyin edib.Və birillik qısa zaman kəsiyində azacıq da olsa göstərdiyim ictimai fəaliyyətə görə mənə bu yüksək dəyəri də məhz o Dəyərli Dünya Xanım Əliyeva verib.Mənə göstərdiyi bu yüksək etimada, böyük hörmətə görə Gözəl İnsan,Dəyərli İctimaiyyətçi,Çox Hörmətli Ziyalı,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Sədri Dünya Xanım Əliyevaya şəxsən öz adımdan və ailəmizin bütün üzvləri adından səmimi qəlbdən gələn dərin təşəkkürümü bildirirəm və deyirəm:Var olun Əziz Dünya Xanım.Nə yaxşı ki,həyatımızda Sizin kimi Xeyirxah,Sözü ilə Əməli üst-üstə düşən Dəyanətli və Mətin İnsanlar, Dəyərli Ziyalılar az da olsa, hələ var.Var olun,Əziz və Sevimli Dünya Xanım Əliyeva.Sizinlə fəxr edirik.Hamısıah Sizləri qorusun.Amin.
Şairə Solmaz Elqızı,Solmaz Ədhəm qızı Əfəndiyeva,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Vicdanlı Qələm”,”Cəsarətli Qələm” mükafatçısı,3 kitabın müəllifi,
“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri.