Azərbaycan Respublikasının Prezidenti bu dəfə İsmayıllı rayonuna səfər edərək, Azərbaycan Televiziyasına müsahibə vermişdir.
-Son illərdə bölgələrdə quruculuq və abadlıq işləri geniş vüsət almışdır.
İnfrakstur layihələr icra edilir.İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda isə artıq 100 faizdir. Yollar çəkilir, kəndlər abadlaşdırılır .İsmayıllı- Muğanlı yolunda da xeyli işlər görülüb.Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir. 100 yaxın məktəb inşa edilmişdir. İş yerlərin yaradılması ilə də böyük işlər görülür.
“Diri Baba” türbəsi bərpa və konservasiya olunub.Yaşı 500 ildən çox olan bu türbə Azərbaycan xalqı tərəfindən əsrlərdir qorunur.
Basqal ölkəmizin ən qədim kəndlərindən biridir. Burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır.
Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir.
Ümumi daxili məhsulumuzun böyük hissəsi özəl sektorda formalaşır.
Ərzaq təhlükəsizliyi bu gün Azərbaycanda özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları 85 faizində çox təmin edir.
– Bütün Qafqazda və Şərqi Zəngəzurda geniş miqyaslı işlər aparılır. 32 km uzunluqda yol çəkilib.Bu bir il ərzində baş verib.Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşurutu bizimlə razılaşdırdı və təsdiqlədi.
-Laçın şəhərində Zabux və Sus kəndlərində qanunsus məskunlaşmış insanlar çıxarılmalıdır.Onların orda qalması hərbi cinayətdir. Zabux və Sus kəndlərinin camaatı tezliklə oraya köçürüləcəkdir.
Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir.
Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdı nə qədər bizi tez dərk etsələr, o, qədər yaxşı olar.
– Bu gün danışıqlar masasında heç bir statusdan söhbət gedə bilməz.
Qarabağda yaşayan ermənilərin hüquqları da təhlükəzliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
-Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşı,necə onlarda elə.. Azərbaycan vətəndaşlarının hüququ necə qorunursa, onların da hüququ elə qorunacaq. Ancaq budur yol.
Biz isə illərlə yurd yuvamıza dağıdan ermənilərin yadına Atalarımızın ibratamiz bir məsəlini yadına salmaq istəyirik. Çox istəyən azdan da olar. İstəsəniz də istəməsənizdə, ay erməni bizim qanunlarımıza hörmət edəcəksiniz. Gec- tez.
.
Müəllif Səriyyə Müslümqızı