Dəmir Yumruq yerindədir”layihəsinin tədbiri keçirildi

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və “Zəfər Yolu”İctimai Birliyinin birgə tə buşkil etdiyi “Düşmən unutmasın ki, Dəmir Yumruq yerindədir”layihəsinin icrası üçün 12.08.2022-ci ildə tədbir keçirildi.”Zəfər Yolu”İctimai Birliyinin birinci müavini Nizami Məmmədov tədbiri acaraq Şəhidlərin və Ulu Öndər Heydər Əliyev-in ruhunu bir dəqiqəlik sükutla yad etməyi bildirdi.Sonra isə açılış üçün sözü Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov-a söz verdi.Cəlil müəllim geniş çıxış edərək sonda QHT və KİV- nümayəndələrinin peşəkarlıqla göstərdiyi xidmətlərini yüksək qiymətləndirərək onlara minnətdarlığını bildirdi.”Zəfər Yolu”İctimai Birliyinin birinci müavini Tarixçi -İdeoloq Nizami müəllim “Düşmən unutmasın ki, Dəmir Yumruq yerindədir” mövzusu üzrə əhatəli,dolğun elmi təhlillə çıxış etdi. Əsasən məruzəçi dövlət-xalq,ordu vəhdəti mövqeyindən danışaraq Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev-in rəhbərliyilə yeni-yeni qələbələrə imza atacağımızı inamla bildirdi.Son olaraq o bildirdi ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı,
“Zəfər Yolu” İctimai Birliyi və digər ictimai birliklərin əməkdaşlığı formatında dövlət siyasətinə dəstəyini davam etdirəcəkdir.

“Zəfər Yolu” İctimai Birliyinin sədri,Jurnalist,Şairə-Publisist və Beynəlxalq İctimai Təşkilatin –
“ÜMUMDÜNYA FARS -ƏRƏB – TÜRKDİLLİ VƏ KAVKAZ XALQLARI KONFEDERASİNİN”, Türkdilli dövlətləri, Azərbaycan, – Türkiyə, – Uzbekistan, – Kazaxstan, – Kirgizistan üzrə vitse-prezidenti Abdullayeva Pərvanə Salman qızı iştirakçıları salamlayaraq “Dəmir Yumruq” şeirini səsləndirdi.Pərvanə xanım tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Tədbirdə Şəhid ailə üzvləri, qazilər, müharibə veteranları,QHT-rəhbərləri, jurnalistlər və ziyalılar da iştirak edirdilər.

Nizami Məmmədov-un etdiyi məruzəyə dəstək olaraq növbəti çıxış edənlər fîkir və mülahizələrini bildirdilər.

Milli Məclisin Deputatı Adil Əliyev-in köməkçisi Bəhruz Müslümov,Şəhid Nəcəfov Vüqarın Atası Nəcəfov Telman,Xidmətdə olan polkovnik Kamil Babayev,QHT-sədri Mehriban Abdullayeva,Dünya Yurnalistlər Birliyinin sədri Almaz Əhmədova,”Sarı Gəlin”,” və Qala”rəqsiylə Jasmin Hüseynli,müğənni,skripka ifaçısı Elnur Rza,”N” saylı Hərbi Hissə Komandiri Fariz Nüseynov,jurnalist-şairə Aygün Hüseyn,jurnalist Ağayeva Elmira Hüseyn qızı,Səmədov Elsevər,veteran Güləli Fərzəliyev,”Qurban olum Azərbaycan” ifasilə Aybəniz Cələbi.
Tədbirimiz bədii hissə cəhətdən də yadda qalan çıxışlarla,anılarla iştirakçıların diqqətini cəlb etdi.Tədbir Nizami müəllimin yekun nitqilə başa çataraq xatirə şəkilləriylə sonuclandı.

DJB.az-ın ictimaiyyətlə əlaqələr üzrə müavini Abdullayeva Pərvanə Salmanqızı.