Uzun illər Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın torpaq itkiləri haqqında dünyanın rəsmi stukturları, dövlət nümayəndələri yetərincə məlumatlı olsalar da, real vəziyyəti, işğalçının kim olduğunu etiraf edib Ermənistanı təcavüzkar adlandırmırdılar.
Çünki onların maraq dairəsinə olub ki, bu münaqişə donmuş vəziyyətdə uzun illər qalsın. Bu baxımdan hazırda istər Qərbin, istərsə də Rusiyanın Qarabağdakı erməni silahlı tör-töküntülərinin zərərsizləşdirilməsi məsələsi düşündürmür. Amma bu gün bizi həmin ərazilərdən erməni silahlı tör-töküntülərinin tamamilə çıxarılması daha çox düşündürür.
Ona görə ki, dünyada və regionda baş verən hadisələr, sürətlə dəyişən prosesləronu deməyə əsas verir ki, Qarabağla bağlı hər hansı məsələdə gecikmək olmaz. Mövcud şəraitdən yararlanıb məsələsini birdəfəlik bitirmək lazımdır.
Ermənistanın əvəzsiz himayədarı Rusiyanın bu gün üzləşdiyi ağır vəziyyət, Ukrayna ilə müharibədə məğlubiyyət sindromu Şimal qonşumuzun nəfəsin kəsib.
Digər tərəfdən türk dünyasının ağsaqqalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözün yaxşı mənasında Rusiyanı güncə sıxışdırması və özündən asılı vəziyyətə salması Qarabağdakı hərbisizləşdirmə məsələsini tam başa çatdırmağa əlverişli şərait yaradır. Bundan əlavə Azərbaycan OrdusununQarabağda separatçıların toplandığı ərazilərdə qisas əməliyyatını həyata keçirəndən sonra zavallı baş nazir N. Paşinyanın atdığı addımlar, Ermənistan Rusiya münasibətlərinin kəskinləşməsi istiqamətində verdiyi bəyanatlar antirus əhval-ruhiyyəsini gücləndirib.
Bizim xeyirimizə olan bu müsbət tendensiyaların, əlverişli məqamların sayını artırmaq olar. Amma bir vacib məqam ondan ibarətdir ki, dünyada və regionda hadisələr sürətlə dəyişir. Mövcud şəraitlərdən yararlanıb məkrli qüvvələrin planlarının gerçəkləşməsinə heç vəclə imkan vermək olmaz.
Əkrəm Bəydəmirli