Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimovun şəhidlik zirvəsinə ucalmasının 30-cu ildönümü geniş şəkildə təşkil olunmuşdu

Dünyaxeber.org xəbər verir ki,6 avqust 2022-ci il tarixində Qax Rayonunda Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimovun şəhidlik zirvəsinə ucalmasının 30-cu ildönümü geniş şəkildə təşkil olunmuşdu.
Qax Şəhidlər Xiyabanında başlanılan tədbirə Qax Rayon ictimaiyyətinin nümayəndələri, Bakı şəhərindən gələn mötəbər qonaqlar,hərbçilər, Şəhid Valideynləri qatılmışdılar.
Tədbirdə həmçinin Qax Rayon İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi şöbəsinin müdiri Vəfa Heydərova, YAP Qax Rayon Təşkilatının Sədri Natiq Hamısıahverdiyev, Qax Rayon İcra Hakimiyyətinin Şəhidlərlə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Sədri Dünyaxanım Əliyeva, həmin birliyin sədr müavini Səriyyə Vəlizadə,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri Solmaz Əfəndiyeva, Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova və başqaları iştirak edirdilər.Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi şöbəsinin müdiri Vəfa Heydərova, Milli Qəhrəman Cavanşir Rəhimovun Anası Lalə xanım Rəhimova və hərbçilər çıxış etdilər.Qax Şəhidlər xiyabanında təşkil olunan tədbirdən sonra tədbir iştirakçıları Milli Qəhrəman Cavanşir Rəhimovun doğulub boya-başa çatdığı Qaşqaçay kəndində toplaşdılar.
Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 5 iyun 1973-cü ildə Qax Rayonunun Qaşqaçay kəndində anadan olub.O,6 avqust 1992-ci ildə Ağdərə rayonunda Qasapet istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Cavanşir İzzət oğlu Rəhimova Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Ən gənc Milli Qəhrəman Cavanşir İzzət oğlu Rəhimov Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Milli Qəhrəman Cavanşir İzzət oğlu Rəhimova və Bütün Şəhidlərimizi rəhmət eləsin.Məkanları cənnət olsun.
Şəhidlər ölməz,Vətən bölünməz!

http://xn--dnyaxeber-q9a.org/ Solmaz Əfəndiyeva