1avqust Azərbaycan yazıçılar birliyinin üzvü yazar Leyla Mətinin doğum günüdür.

İlk öncə Dünya ana və uşaqlar iB-nin və dünyaxeber.orq saytı adından şairə Leyla Mətini təbrik edirik!
Leyla ilə tanışlığım şəhidimiz Vüsal Alahverdiyevin əziz xatirəsinə bəstələnmiş mahnını ifa etdiyim studiyaya təsadüf etmişdi. İlk tanış olduğumuz o gün onun xanımyanalığı ,sadəliyi diqqətimi çəkmişdi. Sonra dəvət aldığımız bir neçə tədbirdə və şəhid və qazi evlərini ziyarət edərkən necə vətənpərvər olduğunun şahidi oldum.Onun hər şəhid adı gələndə ona necə həssas yanaşdığını görəndə sanki ikinci məni görürdüm .Onu da qeyd edimki Leyla Əmircan qızı Səfəraliyeva 1986-cı ildə İsmayıllı rayonu Tircan kəndində anadan olmuşdur. 2003-cü ildə İsmayıllı rayonu Tircan kənd Musa Piriyev adına orta məktəbi bitirmişdir. Şeir yazmağa kiçik yaşlarından başlasa da müəyyən səbəblərə görə davam etdirməmişdir.2015 -ci ildən ciddi yaradıcılığa başlayıb. Şeirləri 2016- cı ildə Yenilik,525-ci qəzetdə, Ulduz və Azad qələm jurnallarında Aznevs.az, Realfakt, Xəbərtime.az və Türkiyənin Haberstar saytında ,Türkiyənin Dərgizan dərgisində ,Yaşıl işıq antologiyasında ,Turan ədəbi məcmuəsində dərc olunmuşdur.
İlk kitabı “Ürəkdən bir damla”(Araz nəşriyyatı) 2017-ci ildə,”Ömrə sığmayan arzular” (Adiloğlu nəşriyyatı) adlı şeirlər kitabı 2020-ci ildə nəşr olunmuşdur.
Yazıçılar birliyinin üzvü , Dünya Ana və Uşaqlar İB-nin mədəniyyət üzrə müavini və Dünyaxeber.org saytının xüsusi müxbiridir.
Zaman zaman müxtəlif diplom və təltiflərə layiq görülüb
Doğum günün mübarək Vətənin qeyrətli qızı . İşlərində yaradıcılıq uğurları arzu edirəm.

Dünyaxəber.org Şəbnəm Turan