İstedadlılar rubrikamızın növbəti qonağı müğənni aktrisa Şəbnəm Turandı

Şəbnəm xanım sizi tanıyanlar tanıyır ,tanımayanlar üçün özünüz haqqında məlumat verin.
Mən- Şəbnəm Turan Bakı şəhərində doğulmuşam ,Qaraçuxurda 104saylı orta məktəbi bitirmişəm.
1999-cu ildə Azərbaycan Dövlət mədəniyyət və incəsənət universitetinin dram teatrı və kino aktyoru fakültəsinə daxil olmuşam və həmin ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktrisa kimi fəaliyyətə başlamışam.ilk obrazım Elçin Əfəndiyevin “Ağ Dəvə” əsərində Sona obrazı və bu obrazı oynadıqdan sonra yüksək kateqoriyaya təyin olundum .Daha sonra Tamara Vəliyevanın” Mənim ağ göyərçinim” əsərində Səidə obrazı, Vilyam Şeksprin “Səhvlər” komediyasında Lusiana ,qədim ispan nağılı olan “Zorro” əsərində baş rol Alenanı,Elçin Əfəndiyevin “Ölüm Hökmü “əsərində Arzu ,”Əlibaba və Qırx Quldur”-da Fatiməni ,Mustafa Kamal Paşa Atatürkün uşaqlıq həyatından bəhs edən əsərdə bacısı Məkbuləni”,Qaraca qız “tamaşasında bəyin qızı Ağca xanımı ,”Dədə Qorqud “-da Burla Xatunu,”Ələddinin sehirli çırağı”-da gözəl qızı,Nizami Gəncəvinin Xeyir və Şər əsərində Şahzadə qızı,”Ana qaz” tamaşasında forslu qazı və.s bu kimi biri -birindən maraqlı və rəngli xarakterə sahib obrazlar canlandırmışam.

Sənətə sevgin hansı yaşlardan başlayıb və ailə necə qarşılayıb?

Hər bir müğənnidən duyduğumuz bəlkə də şablon səslənmə olsada mənimdə ruhum incəsənətlə qidalanıb hələ məktəb illərində yadımdadır ki əmək dərsində qızlar sinif qapısını baglayardı deyərdilər Şəbnəm bizə mahnı oxu
Evdə qonşu qızları toplayıb mikrofon kimi dezodorant qabından istifadə edirdim.Hətta səhnə yaradırdım, pərdəsi də vardı.Pərdə açılırdı mən oxuyaraq güya səhnəyə daxil olurdum.
O ki qaldı ailədə necə qarşılanmağa, atam birmənalı qarşılamayıb nə qədər olmasa atadır bizim işimizin stabil saatı yoxdur.Ata kimi narahat olmağı normal hal idi. Lakin ,mənimlə bir neçə çəkilişə və şou proqramlara getdikdən sonra məni anlamağa çalışdı .Anam normal qarşıladı .

Aktrisalıqdan müğənniliyə keçməyinə səbəb nə oldu?

Müğənni kimi fəaliyyətim 2006-cı ilin yeni il öncəsi səhv etmirəmsə oktyabr ayı olardı məlum kanalların birində yayımlanan musiqili yarışmaya qatıldım və o yarışmadan sonra artıq bir çox restoranlarda şou-proqramlara qatılaraq müğənni kimi kiçik solo karyeramı qurdum. O illər ərzində bədii filmə ,seriala ,klipə və bir çox reklam çarxlarına çəkildim.Rejissoru Cavid Təvəkkül olan” Fosfor adam” filmində kəndin gözəl qızını Fərda Xudaverdiyevin ilk” Niyə” filmində Nazlı ,Asif Abramov un “Qisas “serialında həkim illər öncə deyərdim ilk komediya seriali olan “Çin Dəyirmanovlarda “da Sevinc obrazı və başqalarında rol almişam
Qısa zaman kəsiyində yaradıcılığında böyük irəliləyişlər olub,bildiyimə görə sonra ailə qurmusan və ölkədən getmisən

2013-də türk vətəndaşı ilə ailə qurub Türkiyə köçdüm.Üç ilə yaxın İstanbulda yaşadım vətən həsrəti məni çox üzürdü .Qismət elə gətirdi ki yollarımız ayrıldı vətənə qayıtdım. Oğlum balaca olduğu üçün dörd ilə yaxın onunla məşğul oldum. Övladımı ana qayğısından məhrum etməmək üçün yanından heç ayrılmadım.
Səhnəyə ,sənətə olan sevgim isə məni buraxmadı. Əlimə yenidən mikrafon alıb ruhumu yenidən qidalandırmaq və çox uzaq düşdüyüm sənətimə geri dönmək istəyirdim. Sanki səhnənin acı idim , səhnəsiz heç cür alınmırdı çoxları yenidən səhnəyə qayıdacağıma inanmırdı.Lakin mənim özümə güvənim tam idi. Öhdəsindən gələcəyinə inanırdım.
Bildiyimiz kimi bütün dünyanı ağuşuna almış pandemiya bütün sahələrdə öz təsirini göstərərək incəsənət sahəsindən də yan ötüşmədi. Öncə akustik gitar ilə ifalara başladım , sənətimə yeni tərzdə davam etməyi düşünürdüm . Sonra müharibə başladı.
Hər şəhid xəbəri alanda artıq mənim vicdanım sızlayırdı və sağlamlığıma da çox ciddi təsir etmişdi .Estradayla davam edə bilmədim Zatən yaşadığım qardaş ölkədə o vətənpərvərliyim daha da qabarmışdı.44 günluk müharibə daha da coşdurdu .Bilirsiniz 30il həsrətində olduğumuz torpaqların və Şuşamızın azad olunması və Şuşaya bayrağımızın sancılması qürurunu heç bir sevincə dəyişməzdim. Əvəzsiz sevinci ,qüruru bizə yaşadan ilk öncə Al lahıma min kərə şükür ! Müzəffər Ali baş komandanıma və rəşadətli ordumuza təşəkkür edirəm Al lah bu yolda canını qanını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəman səhidlərimizə rəhmət və şəhidlərimizin canlı şahidi olaraq sağlığını itirən qazı qardaşlarıma şəfa versin
Şəbnəm xanım, sənin nə qədər vətənpərvər olduğunu və canında vətən sevgisi olduğunu bildiyim üçün müharibədə sən də bir əsgər idin deyə bilərəm .Sualım isə təxəllüsünlə bağlıdır. Səhnədə Şəbnəm Turan kimi davam edəcəyinə nə zaman qərar verdin?
Vətənpərvərlik yolunda addımlarım müharibə dövründən başladı . Şəhadətə ucalmadan öncə İnstagramda Vüsal Al lahverdiyev mənə mahnıyla bağlı ricada bulunmuşdu .Mən onun səhifəsinə nəzər salanda dəhşətə gəldim. Bu necə türkçü ,turançı bir vətəndaşdı. İstəyini nəzərə alıb Çırpınırdı Kara deniz mahnısını ifa etdim. O zaman Turan təxəllüsünü götürməyimi təklif etdi . Bir müddət sonra Vüsalın şəhid olduğunu öyrəndim. Həmin dönəmdə artıq Turan təxəllüsünü götürdüm. Ailəsi mənimlə əlaqə saxlayıb Vüsala ithaf olunmuş mahnını mənim ifa etməyimi arzu etdilər. Sözləri gənc şair Yusif Düşkünə ,musiqi və aranjımanı vətənpərvər bəstəkar Faraim Sadiqə məxsus olan musiqini qürurla ifa etdim. Onu da qeyd edim ki musiqidə vətənpərvər musiqilərin əvəzsiz ifaçısı Şəmistan Əlizamanlı bir bənd şeir səsləndirib. Al lahverdiyev Vüsalın Mövludunda bu mahnıyla çıxışımdan sonra vətənpərvər qrupa dəvət aldım .Onların şəhidlərimizlə bağlı bir çox çəkilişlərində, tədbirlərində iştirak etdim. Daha sonra başqa bir vətənpərvər qrupa dəvət aldım onların həm müxbiri həm aparıcısı oldum .Bunlarla yanaşı başqa şəhid və qazilərimizlə bağlı tədbirlərdə iştirak etdim. Şəhid anaların dərdini öz dərdim ,qazilərin ağrısını öz ağrım bildim. Vətən yolunda atdığım addımlarla davam edirəm.Bildiyiniz kimi”Vətənim” adlı mahnı yazdırmışam . Onun da sözlərinə görə Leyla xanım, sizə xüsusilə təşəkkür etmək istəyirəm çünki bu mahnının ərsəyə gəlməsində sizin çox böyük əməyiniz var mahnımızın musiqisinin bəstəkarı İlhamə Adilqizi və bu mahnımızın aranjımançısı Elnur Qubadlı ilə tanışlığım da məhz sizin sayənizdə oldu təşəkkürümü bildirirəm musiqisinə görə İlhamə xanıma və aranjıman üçün Elnur Qubadlıya minnətdaram. İnanıram ki hər kəs sevgiylə qarşılayacaq. Yaxın zamanda kliplə bərabər təqdim etməyi düşünürəm.
Şəbnəm xanım, Dunyaxeber.org saytıт adından sizə tutduğunuz yolda uğurlar arzu edir, istedadlılar rublikamızın qonağı olduğuna və içdən ,səmimi müsahibə üçün təşəkkür edirəm.

Dunyaxeber.org Leyla Mətin.