“Gələcəyimizi birlikdə düşünək narkomaniyaya yox deyək” mövzusunda konfrans keçirilib

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsi ” adlı layihənin könüllü davamı olaraq
26 İyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar 22 iyun 2022-ci il tarixində Azərbaycan Turizm Menecmen Universtetin 2-ci korpusunda “Narkomaniyaya yox deyək” gələcəyimizi birlikdə düşünək yox deyək ” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə əvvəlcə mövzuya həsr olunmuş video-çarx nümayiş etdirilib.
Konfransda çıxış edən GVİB Sədri Muğan Əliyev narkomaniyanın bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu bildirib.
Onun sözlərinə görə, statistikaya əsasən dünyada 280 milyon narkoman var.
Təşkilat sədri ölkəmizdə hazırda 34 min 602 nəfər narkotik istifadəçisinin qeydiyyatda olduğunu söyləyib.
M.Əliyev gənclərin bu bəladan uzaq olması üçün maarifləndirmə işinin gücləndirilməsinin zəruri olduğunu deyib.
Onu da qeyd edən Layihənin rəhbəri Müqamət Əliyev narkotik vasitələrin dövrüyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair dövlət səviyyəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildirib. Tədbirin sonunda daxili imkanlar hesabına nəşr edilmiş buklet, üzərində QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet paylanılıb Tədbir diskusiya şəkilində davam etdirildi verilən suallar cavablandırıldı.
26 İyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqəda davamı olaraq
23 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutacaq
GVİB -n KİV İş şöbəsi