Gələcəyin böyük ustadı olacaq Həzrət Əzizlidir

Dünyaxeber.org-un verdiyi məlumata görə,”İstedadlılar” rubrikamızın qonağı bulaq kimi saf səsə malik olan ,səsi ilə hər kəsin qəlbinə yol tapan və gələcəyin böyük ustadı olacaq Həzrət Əzizlidir.
Mən Həzrət Əzizli 2007 -ci il sentyabrın 1-də Biləsuvar rayonu Xırmandalı kəndində dünyaya gəlmişəm.
Ailəmizdə babamın , anamın və bacı -qardaşının səsi olub. Anam musiqi yarışlarına qatılıb nailiyyətləri ,mükafatları olub, lakin ailədə razılıq olmadığı üçün bu yolu davam etdirməyib. Anamın dediyinə görə 2-3 yaşımdan artıq musiqiyə olan marağımı biruzə vermişəm.Televiziyalarda muğam səslənəndə sanki sən də onlarla bərabər oxumaq istəyirdin deyir, – anam.
Anam mənim musiqiyə olan sevgimi görüb öz yarım qalan arzusunu mənim davam etdirməyimi istəyib.
Sənət yolumda ilk çətinlik atamın oxumağıma, musiqiçi olmağıma icazə verməməsi olub.Sonra anamın səhhəti ilə bağlı Biləsuvardan Bakı şəhərinə köçməli olduq .
8yaşımdan atamdan gizlin məni Mərdəkanda Şuşa Bülbülcan musiqi məktəbinə yazdırır anam.Atam bir il sonra xəbər tutanda yenə israrla razı olmadığını bildirib.Qohumların və müəllimlərin səyi nəticəsində və mənim sənətə olan sevgimi görən atam nəhayət ki, sənətimi davam etdirməyimə icazə verib. İndi uğurlarımı gördükcə -nə yaxşı məni razılığa gətirdiniz- deyir. Mənimlə qürur duyduğunu söyləyir.
Binə qəsəbəsinə köçdükdən sonra 24 nömrəli 11 illik musiqi məktəbində iki il oxumağa davam etdim.Həmin məktəbdə bir neçə dəfə müsabiqə keçirildi . Müsabiqələrin birində birinci yeri tutduğum üçün qala gecəsində ifa etməliydim . Həyatımın uğurlarına yol həmin müsabiqədən açıldı desəm yanılmaram. Müsabiqədə münsif kimi əyləşən xanəndə Aytən Məhərrəmova mənim səsimi çox bəyəndi işıqlı gələcəyimin olduöuna inanaraq onun tələbəsi olmağımı təklif etdi. Ailəmiz də təbii ki belə təklifə yox deyə bilməzdi. Bu bizim üçün həqiqətən böyük uğur və qürur idi .Anamgil çox sevinərək təklifi qəbul etdi.Həmən il İncəsənət gimnaziyasına qəbul oldum.Undi də muğamın sirlərini müəlliməmdən sevə-sevə öyrənməyə davam edirəm .
Uşaqlıqdan ən böyük arzum Şuşada solo konsert vermək,həmçinin Qarabağda Qarabağ şikəstəsini ifa etmək olub. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bu arzuma daha da yaxınlaşdım. Dəfələrlə Şuşada müəlliməmuzlə çıxışlar etmişik. Bu mənim və eləcə də hər birimiz üçün əvəzsiz bir ucalıqdır.
“Mənim atam qəhrəmandır” devizi altında şəhid övladlarına həsr olunan layihələrdə mütəmadi iştirak etdiyimə görə Mədəniyyət nazirliyi qəzetində baqqımda geniş məqalə yazılıb. Neçə- neçə Fəxri Diplomlara layiq görülmüşəm.
44 Günkük zəfər tariximizin yazıldığı dövrdə vətənpərvər ruhda müəlliməm və yoldaşlarımla bərabər müxtəlif kompozisiyalar yazdırdıq.Söz və musiqisi anama məxsus olan özümə aid ilk Zəfər çaldıq adlı mahnım da hər kəs tərəfindən rəğbətlə qarşılandı.
Hal-hazırda Azərbaycan Dövlət televiziyasında və Mədəniyyət kanalında efirə gedən Muğam müsabiqəsində iştirakçıyam. Münsiflərin səsimə verdikləri dəyər məni daha da çox ruhlandırır. Rəqiblərimin çox güclü olduğuna baxmayaraq qalib olacağıma çox inanıram.Müsabiqə efirə canlı gedir böyük sənətkarların qarşısında hər dəfə həyəcansız çıxış etməyim mümkünsüzdü. Amma var gücümlə çalışıram ki ,mənə verilən dəyəri yetəri qədər qiymətləndirim . Dəstək olan bütün Həzrət sevərlərə minnətdarlığımı bildiriəm.
Biz də Dünyaxeber.org saytı olaraq bol uğur arzu edərək, bütün arzularına çatmağını diləyirik .Çünki sən özün Azərbaycan üçün böyük dəyərsən. Səsin sənətinin ən uca zirvəsindən gəlsin .

Dünyaxeber.org leyla Mətin