Məhəmməd kimi igid oğullarımız sayəsində Zəfər Günü tarixə yazılıb

10 iyun 2022-ci il tarixində “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyində vətən müharibəsi şəhidi Məhəmməd Fizuli oğlu İsmayılzadənin doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.
İlk öncə şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli açaraq bildirdi ki, Vətən müharibəsində şəhidlərin qanı yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətən müharibəsi qəhrəmanlarının səyi nəticəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad edildi və qələbənin tarixi əhəmiyyətini xüsusi vurğuladı.
Tədbirdə şəhid Məhəmməd İsmayılzadənin atası Fizuli İsmayılov, anası Miranə xanım, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı, Aşıq Pəri Məclisinin sədri şair Pərvanə Zəngəzurlu, Dədə Ələsgər Ocağı İctimai Birliyinin üzvləri şair İlham Qəhrəman, Sayad Hüseynov, əməkdar mədəniyyət işçisi aşıq Bəhmən Kazımov, aşıq Təbriz Vəliyev, Tərxanım Müseyibqızı, Qəmzə Yusubova, şair-bəstəkar Aysel Kərim, şəhid ailələri, ictimayyət nümayəndələri iştirak ediblər. Şəhidin qısa, lakin şərəfli ömür və döyüş yolundan, İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən bəhs ediblər. Qeyd edilib ki, Məhəmməd kimi igid oğullarımız sayəsində Zəfər Günü tarixə yazılıb.
Şəhid Məhəmməd İsmayılzadə 10 iyun 1996-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində dünyaya göz açmışdır. Ailənin tək oğul övladı olan Məhəmməd vətən sevgisi ilə böyümüşdür. Çünki bu sevgi atasının 1992-1993-cü ildə 2 il Qarabağda göstərdiyi şücaətindən irəli gəlmişdir. 2014-2016-cı illərdə Məhəmməd İsmayılzadə həqiqi hərbi xidmətdə olmuşdur. 2-ci Qarabağ müharibəsi başlayarkən yenidən silahlı qüvvələrmizin sıralarına qatılıb və ön cəbhədə həmlə taborunda könüllü olaraq vuruşub. Füzuli rayonunun və Hadrutun alınmasında böyük şücaətlik göstərib. Ön cəbhədə atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib. Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində əvəzsiz xidmətləri olan Məhəmməd İsmayılzadə 25 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid Məhəmməd İsmayılzadə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Məhəmməd Fizuli oğlu İsmayılzadə ölümündən sonra “Vətən uğrunda” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Hamısıah rəhmət eləsin
keçirilib.