Şair doğularlar şair olanlar

Şairəm deyənin sözünə bir bax,
Qəlbinin oduna,közünə bir bax,
Heç vaxt əyilməyən dizinə bir bax,
Şair doğularlar şair olanlar,
Əbədi yaşarlar şair olanlar.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Hamısıahdan güc alıb çıxıbdı yola,
Bunu anlayanlar gərək çox ola,
Gərəkdi sözünün kəsəri ola,
Şair doğularlar şair olanlar,
Əbədi yaşarlar şair olanlar.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Sözünə güvənər, el ona dayaq,
Kəssə də yolunu şaxta, qar, sazaq,
Hecaya, əruza salıbdı soraq,
Şair doğularlar şair olanlar,
Əbədi yaşarlar şair olanlar.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Nə qədər çox olsa bol dərdi-səri,
Yaratmaq eşqindən çəkilməz geri,
Cahanda görünər hər zaman yeri,
Şair doğularlar şair olanlar,
Əbədi yaşarlar şair olanlar.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Boylanar zamanın gərdişinə o,
Uymaz bu dünyanın vərdişinə o,
Çəkər kainatı söz dişinə o,
Şair doğularlar şair olanlar,
Əbədi yaşarlar şair olanlar.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Solmaz Elqızı