Xaricə gedərkən diqqət yetirməli olduğumuz məqamlar

 Bildiyimiz kimi son illərdə Azərbaycanda bir çox gənclər təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Tələbələr getmədən öncə yaranabiləcək çətinliklərlərlə əvvəlcədən tanış olmalıdırlar.

Təcrübələr onu göstərir ki, bütün gənclər demək olar eyni səhvləri edirlər.

Universitet seçmək bəzən sadə görünsə də tələbələrin etdiyi ən böyük yalnışlardan biri paytaxt şəhərdəki universitetləri seçməkdir. Çünki, belə ali təhsil müəssisələrinə hər zaman büdcəmiz yetməyə bilər. Hal-hazırda şəhərdə yüzlərlə təhsil şirkətləri var, onlara güvənərək hər şeyi etibar etmək də bu yalnışlardan biridir, bütün proseslərdən internetin köməyi ilə də keçmək olar. Bunların hamsını həll etdikdən sonra, gedəcəyimiz  ölkənin yaşayış xərcləri ilə ətraflı maraqlanmalıyıq. Ən əsası da odur ki, dil sertfikatlarına arxalanaraq hərəkət etmək olmaz, çünki dilin özünü təmiz öyrənmək xaricdəki digər insanlarla olan ünsiyyət prosesində çox kömək edir.