Şərafət Dağıstanlının Bağban məni yaralama kitabının təqdimatı keçirildi

Dünyaxeber.org-dan verilən məlumata görə 3 iyun Yazıçılar ittifaqının Natavan klubunda bir çox sözlərinə yazılan musiqiləri xalq mahnıları bildiyimiz Şərafət Dağıstanlının Bağban məni yaralama kitabının təqdimatı keçirildi. Tədbiri Həkəri qəzetinin baş redaktoru Rauf İlyasoğlu açaraq qonaqları salamladı və vətənin azadlığı uğrunda canından keçən bütün qəhrəman şəhidlərin xatirəsi anıldı. Sonra şairin həyat yolu və yaradıcılığı haqqında AYB-nin üzvü Leyla Mətin ətraflı məlumatı qonaqların diqqətinə çatdırdı .
Idrisova Şərafət Əbdülcəlil qızı ( Dağıstanlı ) 22 aprel 1939 – cu ildə Dağıstanın Rutullu rayonu Çilixor kəndində ziyalı ailəsində dünyaya gəlib . Atası Əbdülcəlil 2 – ci dünya mühari bəsində həlak olub . 6 yaşında anasını Samur çayında itirən balaca Şərafət , Qax rayonunda qohumlarının himayəsində böyüyüb . 1950 – ci ildə isə qohumları ilə bir likdə Bakıya köçüb . Beləliklə , ana – ata qayğısından məhrum olan Şərafət , kiçik yaşlarından zəhmətə alışıb , həyatını alın təriylə qazanıb . Əməksevərliyi ilə seçilən gələcək şairə , 14 yaşından həm əmək fəaliyyətinə , həm də yaradıcılığa başla yıb . 1961 – ci ildə Bakı Dövlət Universi tetinə daxil olub . ” Azərbaycan qadını ” jurnalında , Cəfər Cabbarlı adına Azər baycan kinostudiyasında , Dövlət radio sunda , həmçinin bir çox qəzet və jurnal larda çalışıb . Istedadlı şairə Şərafət Dağıstanlı yeddi kitabın müəllifidir . ” Mən- apreldə doğuldum ” , ” Günayım mənim ” , ” Mənim arzularım ” , ” Mən dağlar qızıyam ” ( Moskvada rus dilində çap olunub ) , ” Salam göndərib ” , ” Tək sənə görə ” kitabları müxtəlif illərdə işıq üzü görüb . Yeddi mindən çox şeirləri al manaxlarda , dövrü mətbuatda zaman -zaman çap olunmuşdur.
42 yaşında ailə quran Şərafət xanımın Günay adlı qızı dünyaya gəlib . Ömür yolu nə qədər ağır , məşəqqətli keçsə də , şeire , yaradıcılığa olan məhəbbətini ciyərparəsi , həyatının mənası Günayla bölüşdürüb . Qızına həsr olunan şeirləri yaradıcılığında xüsusi yer tutur . Şərafət xanım 60 – dan çox mahnının söz müəllifidir . Ruhundan musiqi süzülən şeirləri , bəstəkarların da diqqətini cəlb edib , şairənin özünün də xəbəri olmadan mahnılar bəstələnib . Bu mahnılar bir çox xanəndələr tərəfindən sevilə – sevilə ifa olunur . Vətəni Azərbaycanı , millətini , xalqını sevdiyi qədər də , onu vəsf edir , sevincli , xoş günləri ilə bərabər ağrılı acılı , kədərli , faciəli günlərini də eyni hisslərlə yaşayır , duyğularını şeirlərində tərənnüm edir . Qarabağ mövzusu onun da yara dıcılığında ağrılı mövzulardandır , 20 yanvar və Xocalı faciələri bir şair kimi onun da qəlbini sızıldadıb , dərd yüklü duyğulu yaşantılarını kağızın yaddaşına sanki qələmin mürəkkəbiylə deyil , qanlı göz yaşları ilə köçürüb . Artıq 70 yaşını haqlayan Şərafət xanım Dağıstanlı müstəqil Azərbay canımızda bu gün də gənclik eşqila yaşayıb yaradır , məhəbbət , gözəllik dolu yeni – yeni şeirlərə imza atır .
Tədbirdə Dünya Ana və Uşaqlar İB-nin sədri Dünyaxanım Əliyeva ,Professor Ziyadxan Nəbibəyli, bəstəkar Fərhad Hüseynov, Əməktar artist Kamal Babayev ,müharibə veteranı,jurnalist Gülnigar Rəhimli,Zemfira Məmmədqızı,İlahə Bahar, Ekspert qəzetində jurnalist Hicran İsmayılova ,şairə Gilə Bayramlı ,şair Fəsih Alioğlu ,Almas Mustafayev a çıxış etdilər. Hər biri şair haqqında ürəkaçan sözlər ,yüksək fikirlər bildirdilər. Sözləri xalqın dilində əzbər olan şairə Xalq şairi adını almasını dilə gətirdilər. Hər biri ayrılıqda şairə qalan qısa ömrünə sığdıra biləcəyi böyük sevinci olacaq -layiqli dəyərin verilməsindən nigarançılıq etdilər.Şeirləri nəğməli olan şairin şeirlərinə Elza Ibragimova, Vahid Ebdulkerimov ,Merman Memmedov, Ilham Abdullayev Emin Sabitoglu ,Cahangir Cahangirov,Vugar Camalzade Fərhad Hüseynov kimi görkəmli bəstəkarlar musiqi yazıb.
Bagban meni yaralama ,Qarabag Şuşa haqqinda «Olmur”,Bu Daglarin , Goy gol, Sensiz mahni ,Baki Tebriz qatari, Xebersiz ,Sumqayit ,Xanim Zerife Zerife ,
Baki Ceyhan neft kemeri ,Olmaz
,Gozlerine baxaydim ,Tek sene gore ,Gez axtar meni ,Xezerin sahilinde ,Daglar qoynunda qoynunda ,Azerbaycan Bayragi kimi musiqilərin söz müəllifidir
Əlli mindən çox şeirinin olduğunu söyləyən şair sözlərini musiqidə oxuyan ifaçıların söz müəllifinin adını çəkmədiyindən şikayətləndi .
Sonda qonaqlarla təşəkkür edərək birgə xatirə şəkilləri çəkildi.
Biz də Dünyaxeber,org saytı adından şairə uzun ömür və eyni həvəslə yazıb yaratmağı və layiqli ad almağı diləyirik
Dunyayaxeber.org Leyla Mətin