Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi portal vasitəsilə həyata keçirilir.