Xocalı Faciəsinə hüquqi-siyasi qiymətin verilməsi haqqda müraciət

Əziz dostlar, bildiyiniz kimi Alman Azərbaycan Mədəniyyət evi olaraq, Xocalı Faciəsinin 30 illiyi ilə əlaqədar Alman Bundestaqındakı bütün Fraksiyalara və 30 dan artıq millət vəkilinə, eləcə də NRW əyaləti siyasi rəhbərliyinə Xocalı Faciəsinə hüquqi-siyasi qiymət verilməsi haqda müraciət və tərəfimizdən Almaniyada çap edilmiş Xocalılı publisist Səriyyə Cəfərlinin “Onlar heçvaxt böyüməyəcəklər” kitabını göndərmişdik. Bugünlərdə NRW əyaləti baş nazirindən müraciətimizə cavab verilmişdir. Cavabda Əyalət hökumətinin beynəlxalq humanitar hüququn bütün pozuntularını, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zamanı mülki əhaliyə qarşı törədilən bütün zorakılıqlar əsaslı şəkildə pislənir.
Silahlı münaqişələrdə bütün tərəflərin humanizm prinsipinə hörmət etmək və münaqişənin səbəb olduğu iztirabları məhdudlaşdırmaq öhdəliyi olduğu xatırlanılaraq,
bütün zərərçəkənlərin maraqları naminə Xocalıda baş verən zorakılığa (in Chodschalı betroffene Gewalt) münaqişənin bütün tərəflərinin birgə səyi ilə aydınlıq gətiriləcəyinə ümid ifadə olunur.
Alman Azərbaycan Mədəniyyət evi olaraq, NRW əyalətinin rəhbərliyinə təşəkkür edir və bundan sonra da Xocalı Faciəsinə haqq etdiyi hüquqi-siyasi qiymətin verilməsinə çalışacağımızı bildiririk.