Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 11 may 2022-ci il tarixində, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsində nəzərdə tutulmuş “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” mövzusunda adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin birgə iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi.
Dəyirmi massa yığlncağını, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuşlarln xatirəsi yad edilərək öz işinə başladı.
Sonra, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Orucov bildirdi ki, Şəhid ailələrinin və müharibə əlillərinin sosial-tibbi-təhsil problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq və onların sosial rifahlarını yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvələrinin Müzəffər Ali Baş Komandanı Cənap İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir.
Cənap Pezident İlham Əliyev keçirtiyi dövlət tədbirlərində dəfələrlə hökumət işçilərinə tapşırıq verərək bildirmişdir ki, aidiyyati olan hökümət təşkilatları və vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarımızln xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin, müharibə əlillərinin və vetranlarımızın problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır.
Əfqanstan və I-ci Qarabağ müharibələrini veteranları bayram və tarixi günlərində döyüş bölgələrinə gedərək, Vətənimizin keşiyində duran əsgərlərimizin döyüş ruhunu qaldıraraq onlara öz bilik və bacarıqlarını öyrədirlər. Onlar həmçinin Respublikamızın Ümumtəhsil məktəblər ilə yaxından əməkdaşlıq edərək, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunmaları istiqamətində təbliğqat aparırlar.
27 sentyabr–8 noyabr 2020-ci il tarixlərində, 44 günlük davam etmiş Vətən müharibəsi zamanı, Azərbaycan Prezidenti və Azərbaycan Silahlı Qüvələrinin Müzzəfər Ali Baş Komandanı kimi, Xalqa etdiyi müraciyyəti zamanı, Əfqanstan və I-ci Qarabağ müharibələrini Fədakar veteranları təcrübəli döyüşçülər kimi könüllü olaraq yenidən ordu sıralarına səfərbər olaraq silaha sarılıb, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə fədakarcasına iştirak etdilər. Amma bu gün müharibə veteranlarının əksər hissəsi yerlərdə müəyyən sosial-tibbi-təhsil problemlərlə üzləşirlər.
Həyata keçirilən, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsinin icrası zamanı, ayrı–ayrı regionlarda şəhid ailələri, müharibə əlilləri və veteranlarla keçirtdiyimiz görüşlərdə, adları qeyd olunan vətəndaşlarımız tərəfindən sosial-tibbi-təhsil problemləri ilə əlaqədar bizə təklifilərlə müraciətlər etdilər.
Daha sonra Dəyirmi Masa iştirakçılarından, Azərbaycan Respublikasi Əmək və Silahlı Qüvvələrin Veteranlar Təşkilatın məsül işçisi Rasim Mirzəyev, Azərbaycan Silahlı Qüvvələrin və Qarabağ müharibəsinin veteranları, Ehtiyatda olan polkovniklərər Hikmət Ağayev, Xətai Baxışov, Muxtar Fərəcov, Bəhrəm Atakişiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiyə Fondunun şöbə müdürü Mətin Əsgərov, Dövlət Tibbi-Sosial Ekspert və Riablitasiya Adaptasiya şöbəsinin müdürü Elxan Əzizov, 20 yanvar Cəmiyyəti ictimai birliyini sədri Soltan Əzimzadə, Layihənin rəhbəri Ənvər Qarayev, Qrabağ müharibəsi Veteranları Şəhid Ailləri və Əlillərinə Sosial Yardım İctimai birliyin sədr müavini Almaz Əhmədova, Dünya Xəbər saytının rəhbəri Dünyaxanım Əliyeva və iclasa dəvət olunmuş şəhid ailələri, müharibə əlilləri, veteranlar çıxış edərək, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həyata keçirilən, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsində qaldırılmış Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası, sosial və müharibə veteranlarının sosial-tibbi-təhsil problemləri ilə əlaqədar fikir və təkliflərini bildiərdilər və layihə sayəsində görülən işləri müsbət qiymətləndirdilər.
Tədbirin sonunda, Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların müraciətlərini və xahişlərini nəzərə alaraq, Dəyirmi Massa yığıncağının iştirakçıları adından, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisininə, Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarlarin ən aktual sosial-tibbi-təhsil problemlərinin həll olunması üçün təkllifləri hazlanaraq göndərilməsi qərara alındı.
Dəyirmi Massa yığıncağının yekun olaraq, Ehtiyatda olan polkovnik Hikmət Ağayev bildirdi ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, müharibə əlillərinin və veteranlarının daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var, bu qəhramanlarlmız yaşayırlar və yaşayacaqlar!
Cənab Prezidentə xahiş edilən təklifləri ictimayyətin diqqədinə çatdırırıq:
1.Veteranlar haqqında Azərbaycan Respublikasinin Qanunununa əsasən müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər idarə, təşkilatlarda, müəsissələrdə işçilərin 25 % müharibə vetranların olması ilə bağlı müəyyən olunmuş kvotaya əməl edilərək, vetranların işlə təmin olunmaları;
2. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrasının qərarına əsasən “Müharibə veteranlarına verlən 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü”, son illər ölkəmizdə komunal xərclərin artmasını və bütün ərzaq məhsullarının qiymətlərinin qalxmasınını nəzərə alaraq, 80 manat heç olmasa 100 % – qalxaraq 160 civarında olunsun;
3. Müharibə veteranların və ailə üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəsissələrində ödənişli formada təhsil aldıqda heç olmasa 50 %- təhsil haqqını ödəməkdən azad olunsunlar;
4. Müharibə veteranların və ailə üzvləri dövlət tibb-müəsissələrində tibbi-sığorta və müainə olanda ödəniş ödəməkdən azad olunsunlar;
5. Qeyd edək ki, şəhid adlarının məktəblərə və küçələrə verilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə, yəni “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarla təmin olunur. Həmin qərarın 3-cü bəndinin 3-cü müddəasında isə göstərilir ki, şəhid statusuna malik şəxsin adının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır. Bundan əlavə, həmin şəhid ya Azərbaycanın Milli Qəhrəmanı olmalı, ya da Vətən uğrunda döyüşlərə görə ən azı iki ordenlə təltif olunmalıdır. Bu 3-cü müddəsidə göstərilmiş şərt, şəhid aillərini bərk narahat edir və onlar arasında fərq qoyulduğu üçün müəyyən inçikliklər yaradır. Buna görə şəhid ailləri xahiş edərək, təklif edirlərki, onların övladlarının adının əbədiləşdirilməsi üçün, şəhidlərin adlarının Azərbaycanın hər hansı rayon və qəsəbələrində küşə, ümumtəhsil məktəbləri, və ya hər hansı bir müəssələrə verilsin;
6. “Vətən Uğrunda” medalının bütün Qarabağ və Vətən müharibəsi şəhid aillərinə, müharibə əlillərinə və veteranlarına verilməsi təmin edilsin.
Azərbaycan Respublikası Beynəlmiləlçi
Əlil Döyüşçülər Fondunun Mətbuat Xidməti