Bu günlərdə Niderland Krallığının Utrext şəhərində “Birlikdə Güclüyük” Fondunun idarə heyəti və aktiv icma üzvlərinin təşkilatçılığı ilə Azərbaycan icmasının görüşü keçirilib. “Birlikdə Güclüyük” Fondunun həmsədri İlkanə Qoca, görüş zamanı 22-23 aprel 2022 ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı haqqında məlumat verib və ümümi təssüratları bölüşüb. Eyni zamanda görüşdə Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyevin çıxışı və çıxış zamanı onun tərəfindən qeyd olunan məsələlər icma üzvlərinin diqqətinə çatdırılıb. Azərbaycan dilinin, mədəniyyətinin eləcə də milli dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün gələcəkdə atılacaq addımlar haqqında fikir mübadiləsi aparılıb. İlkanə Qoca eyni zamanda işğaldan azad olunmuş ərazilərə, Şuşaya və Ağdama olan səfəri haqqında öz təəssüratlarını və Qarabağda, eləcə də Ağdamda olan mina problemləri haqqında məlumatı iştirakçılarla bölüşüb. Hal-hazırda Utrext əyalətində olan icma haqqında və Utrext əyalətində yaşayan azərbaycanlıların gələcək planları haqqında müzakirələr aparıldı, icma üzvlərinin fikirləri dinlənib. İcmanın istəkləri və arzularını nəzərə alaraq iş planı hazırlanıb.