Ukraynaya kömək etmək üçün AB kiber hücumlarına qarşı sürətli cavab qrupu


Ukraynadan kömək çağırışından sonra kiber hücumlara qarşı sürətli cavab qrupu (CRRT) bütün Avropaya yerləşdirilir.
Litva, Xorvatiya, Polşa, Estoniya, Rumıniya və Hollandiyadan olan 8-12 nəfərlik ekspertdən ibarət yeni yaradılmış komanda, Ukraynanı kiber hücumlardan distant və yerində müdafiə etməyə kömək etməyi öhdəsinə götürüb.
CRRT rəsmi xəbərdarlıq edib ki, hücumlar ola bilər.
O, bildirib: “Biz görə bilərik ki, kiber tədbirlər Rusiyanın hibrid hücumlarının mühüm hissəsidir”.
Bu, Böyük Britaniya və ABŞ-ın bu ayın əvvəlində az sayda Ukrayna bank və hökumət saytlarını müvəqqəti olaraq oflayn vəziyyətə salan kiber hücumlarda Rusiyanı günahlandırmasından sonra baş verir.
Litvanın Müdafiə Nazirliyi tweeter hesabında yazıb: “Ukraynanın sorğusuna cavab olaraq Litvanın rəhbərlik etdiyi, kiber hücumlarına qarşı sürətli cavab qrupunu aktivləşdiririk ki, bu da Ukrayna qurumlarına artan kiber təhlükələrin öhdəsindən gəlməyə kömək edəcək.”

Mənbə: https://www.facebook.com/