Ukrayna böhranı: Son kiberhücumlarda “Wiper” aşkarlanıb

Ukrayna daha çox kiberhücumlara məruz qalıb və hökumət bu hücumların “tamamilə fərqli səviyyədə” olduğunu bildirib.
Çərşənbə günü səhər saatlarında Ukraynanın bir sıra banklarının və dövlət idarələrinin internet saytlarına daxil olmaq mümkün olmayıb.
Eyni zamanda, yoluxmuş cihazlardakı məlumatları məhv edən yeni “Wiper” hücumunun Ukrayna təşkilatlarına qarşı istifadə edildiyi aşkar edildib.
Hadisə bu il Ukraynaya qarşı üçüncü hücum dalğasıdır və bu günə qədərki ən böyük hücumdur.
Ən son hücum çərşənbə günü günortadan sonra olub ki, bu hücumdan sonra provayder şirkəti NetBlocks tweet’ində kəsintilər haqda “hadisə son DDoS hücumları ilə əlaqəli görünür” deyərək başladı.