Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin görülməsi (1), eləcə də şəhərdəki mədəniyyət obyektlərində ilkin təmir-bərpa işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Tenderlərin qalibi müvafiq olaraq “Uni Construction” və “Terrastruc” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 2,074 milyon manat və 0,299 milyon manat, ümumilikdə isə 2,373 milyon manat ödəniləcək.(Report)