Azərbaycanda bu dərmanın istifadəsi qadağan olundu

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan olunub.

Bu barədə  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium – 50 mg tərkibli örtüklü tabletlər №30 (3×10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

“Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitələrinin geri çağırılması qərarı qəbul olunmuşdur və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb”, – məlumatda bildirilib.