PEDAQOGİKA. DƏRSLİK. YENİ NƏŞR

Mütərcim nəşriyyatı tərəfindən yenicə çapdan çıxmış Pedaqogika dərsliyi (Bakı: Mütərcim, 2021, 488 s.) prof. Rüfət Hüseynzadənin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi qriflə təsdiq etdiyi“Pedaqogika”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Azərbaycan təhsil tarixi”, “Pedaqogika tarixi” proqramlarına, dos. Zenfira Əzizovanın və dos. Sahib Əliyevin “Pedaqogika” kursu proqramlarına əsasən və Ülviyyə Verdiyevanın həm müəllifliyi ilə birlikdə hazırlanmışdır. Dərsliyin elmi redaktoru, pedaqoji elmlər doktoru, professor Ləzifə Qasımova, rəyçiləri – professor Akif Abbasov, professor Hümeyir Əhmədov, professor Kərim Məmmədov, professor Həsən Bayramov və dosent Müsəllim Hümbətovdur. Dərslik ADPU-nun, BDU-nun, MDU-nun Pedaqogika kafedralarında müzakirə edilmiş, bəyənilmiş və Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının qərarına əsasən dərsliyin nəşri məsləhət bilinmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi əmri ilə dərsliyə nəşr hüququ (qrif) verilmişdir. Dərslikdə Pedaqogikanın dörd bölməsi üzrə – Pedaqogikanın ümüumi əsasları, Didaktika, Tərbiyə nəzəriyyəsi, Məktəbşünaslıq bölmələri və 21 fəsil yeni pedaqoji təfəkkür işığında şərh olunur, müasir pedaqoji elmin inkişafının və yeni pedaqoji təcrübələrin ən son nailiyyətlərinə nüfuz edilir, yeni pedaqoji texnologiyalar, fəal və interaktiv təlim metodları, innovasiyalar, habelə səriştəli və peşəkar müəllim kadrlarının hazırlığı, təhsilin innovativ idarəetmə sistemi, məktəbin idarə edilməsinin səmərəli yol və üsulları, prinsipləri öyrənilir, Dərslikdən “Pedaqogika” kursu üzrə mühazirə və məşğələ aparan pedaqoqlar, ümumtəhsil məktəblərində çalışan müəllimlər, məktəb rəhbərləri, pedaqoji təmayül üzrə təhsil alan tələbələr, təhsil işçiləri, pedaqoji elmlər üzrə məşğul olan tədqiqatçılar,magistrlər, doktorantlar, habelə təlim, tərbiyə və təhsil işləri ilə maraqlananlar istifadə edib faydalana bilərlər. Prof. Rüfət Hüseynzadə