Məhz Əzizağa Əliyevin bu fəal xidmətləri Azərbaycan Dövləti tərəfindən yüksək qiymətləndirilib

2019-cu ilin 3 dekabr tarixində müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsi bu il “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə medala layiq görülüblər. Təltif olunanlar arasında Qırğızıstan Azərbaycanlılarının Azəri İctimai Birliyinin sədri, Qırğız Respublikasının əməkdar hüquqçusu, 3-cü dərəcəli ədliyyə polkovniki Əzizağa Əliyev də vardı. Uzun illərdir fəaliyyət göstərdiyi andan günümüzədək Əzizağa Əliyev Qırğızıstanda diasporamızın keçirdiyi tədbirlərin 99 faizini ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verib. Azərbaycana dəstək məqsədilə çoxlu sayda tədbir təşkil edib, beynəlxalq təşkilatlara haqlı davamızla bağlı bəyanatlar ünvanlayıb. Tarixə qızılı hərflərlə yazılan 44 günlük Zəfərimizlə, Qarabağ zəfərinin başlanqıc günü olan 27 sentyabrla bağlı keçirilən yüksək səviyyəli Bayram tədbirləri və anma günləri bu qəbildəndir. Məhz Əzizağa Əliyevin bu fəal xidmətləri Azərbaycan Dövləti tərəfindən yüksək qiymətləndirilib. “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.