Ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş geniş auditoriyalar tərəfindən diqqətlə izlənilirdi. Hazırda belə təmasların davam etməsi çox zəruri idi.
Görüşlər zamanı N, Paşinyana çox ciddi mesajlar çatdırılaraq bir daha anadıldı ki, sənin Azərbaycanla normal əməkdaşlıqdan, sülh danışıqlarını davam etdirib yekunlaşdırmaqdan başqa yolun yoxdur. Əlqərəz populist çıxışlar edib Qərbə bel bağlamağın əbəs olduğunu Paşinyana diplomatik şəkildə izah olunub. Artıq Ermənistanın baş naziri ölkəsinə döndükdən sonra ictimaiyyətə, hətta qatı müxalif qüvvələrə reallığı çatdıracağı ehtimal olunur.
Aydın görünür Qərb Ermənistan məsələsi ilə bağlı özünü həddin artıq yükləmək istəmir. Avropanın Cənubi Qafqazda geosiyasi maraqları və strateji mahiyyət daşıyan iqtisadi hədəfləri var.
Ona görə də regionda sülhün bərqərar olması Azərbaycanla bərabər həmin dairələrin də marağındadır. Artıq imitasiya xarakterli sülh danışıqlarının perspektivi olmadığı aydındır. Təbii ki, sülhə əngəl olmaq istəyən qüvvələr var. Şübhəsiz ki, Azərbaycanın da imitasiya xarakterli sülh danışıqlarına getməyəcəyi bəllidir.