Heydər Əliyev Fondunun Qubada inşa etdiyi müasir məktəbdən FOTOREPORTAJ


Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbin kollektivi onlara yaradılan şəraitdən məmnundur.

Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunub və son illər tam yararsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş tam yeni məktəbdə təhsillərini davam etdirəcəklər.

Müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir.

Birinci Nügədi kənd orta məktəbinin şagirdləri indiyədək müxtəlif fənn olimpiadalarında müvəffəqiyyət qazanıb, məzunlar yüksək balla ali məktəblərə qəbul olublar. Təkcə son dörd ildə məktəbin beş şagirdi 600-dən çox balla tələbə adını qazanıb.

Məktəbdə təhsil alan şagirdlər və dərs verən müəllimlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, əvvəlki illərdə məktəbdəki şərait bərbad vəziyyətdə olub.

Məktəbdə bu zamana qədər mərkəzi istilik sistemi də olmayıb.

Qeyd edək ki, dekabrın 6-da Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva məktəbdə yaradılan şəraitlə tanış olublar.

Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev

Source link