Çində qasırğa – 5 ölü, 33 yaralı var

Güclü qasırğa nəticəsində Çinin Quandun əyalətinin inzibati mərkəzi Quançjou şəhərində 5 nəfər ölüb, 33 nəfər yaralanıb.

Aprelin 27-də yerli vaxtla saat 15:00-da qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20,6 metrə çatıb.

Qasırğanın nəticələrini aradan qaldırmaq üçün xilasedicilər və həkim briqadaları cəlb olunub. Dünən yerli vaxtla saat 22:00-da axtarış-xilasetmə əməliyyatları başa çatıb.