QHT Agentliyi kiçik qrant müsabiqəsi ilə bağlı sualları cavablandıracaq

Qeyri-Hökumət Təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsinin keçirilmə qaydaları haqda canlı yayım təşkil olunacaq.
Canlı yayımda qeyri-hökumət təşkilatlarını maraqlandıran suallar Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı tərəfindən cavablandırılacaq. Suallarınızı statusun şərh bölməsinə yaza bilərsiniz.
Nəzərinizə çatdıraq ki, canlı yayım 6 dekabr saat 16.00-da Agentliyin “facebook” səhifəsi üzərindən keçiriləcək.