ANAMA əməkdaşı Zəngilanda minaya düşüb – VİDEO


Zəngilanda mina partlayışı olub.

“Report” xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı rayonda minaya düşüb.

Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Source link