Azərbaycan Pakistandan “JF-17” qırıcılarını almaqda maraqlıdır – FOTO


Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcı təyyarələrini almaqda maraqlıdır.

Bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.

O, söhbətin “Block 3” modifikasiyasından getdiyini qeyd edib.

Hərbi attaşe Azərbaycanın öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışdığını və Pakistan qırıcılarının alışının əsas prioritetlərdən biri olduğunu deyib.

“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması ikitərəfli hərbi əməkdaşlıq sahəsində gündəlikdə duran əsas məsələdir”, – deyə M.Novruzov əlavə edib.

Qeyd edək ki, “Block 3” əvvəlki “JF-17”lərlə müqayisədə kabinənin elektronikasının və radar sistemlərinin modernizasiyası ilə fərqlənir.

Mənbə: “Daily Pakistan”

Source link