Rusiyalı professor: “Koronavirusun antibiotiklə müalicəsi mənasızdır”


Rusiya səhiyyə nazirliyinin baş ştatdankənar infeksionisti, professor Vladimir Çulanov koronavirusun antibiotiklərlə müalicəsini tənqid edib.

Onun sözlərinə görə, çox vaxt “sətəlcəm” sözü həkimləri COVID-19 xəstələrinə müalicənin ambulator mərhələsində antibiotiklər yazmağa məcbur edir ki, bunun da da heç bir mənası yoxdur.

Mütəxəssis izah edir ki, bu cür dərmanların təyin edilməsi yalnız sətəlcəm bakterial infeksiya ilə əlaqəli olduqda əsaslandırıla bilər. Bu, daha tez-tez xəstəxana mərhələsində, reanimasiya şöbələrində, xəstə süni tənəffüs cihazında olduqda baş verir.

“Ancaq “viral pnevmoniya” və ya “pnevmonit” antibiotiklər təyin etmək üçün səbəb deyil”, – deyə o vurğulayıb.

Çulanov onu da izah edib ki, antibiotiklərin həddindən artıq istifadəsi virusun antibiotiklərə davamlı ştammların sayının artmasına səbəb olur. Bu da öz növbəsində xəstəliyin müalicəsini getdikcə çətinləşdirə bilər.

Mənbə: İzvestiya

Source link