Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Əlirza Qafarov vəfat edib.
Bu barədə “Report”a mərhumun oğlu məlumat verib.
O bildirib ki, atası Ə.Qafarov 60 yaşında koronavirusdan dünyasını dəyişib.
Ə.Qafarov QMİ-nin Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Ə.Qafarov bir müddət əvvəl koronavirusa yoluxmuşdu o, “Yeni klinika”da müalicə olunurdu.