Dövlət müstəqilliyimizin Bərpasının 30 cu il dönümündə

Şəhid Əliyev Valeh Xanlar oğlunun xatirə lövhəsinin açılışı oldu. 18 oktyabr 2021 il tarixində Dövlət müstəqilliyimizin bərpasının 30 cu il dönümündə Şəhid Əliyev Valeh Xanlar oğlunun xatirə lövhəsinin açılışı oldu. 1994 ildə 1 ci Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, Əliyev Valeh Xanlar oğlunun Bakı şəhər H.Seyinzadə küc 1 ünvanındakı binada xatirə lövhəsinin rəsmi açılış tədbiri keçirilmişdir. Tədbirin giriş sözü ilə acan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə bildirdi ki, Əliyev Valeh Xanlar oglu 1994 cü ildə Qarabagın Füzuli bölgəsində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olumuşdur. Hələ 1998 ci ildə şəhidin xatirəsini əbədiləşdirməkdən ücün, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyi tərəfindən hazırlanmış lövhə, onun yaşadığı binanın yan tərəfinə vurulmuşdur . Amma bu yaxın günlərdə Bakı şəhəri və Nəsimi rayonun icra hakimiyyətləri tərəfindən şəhidin yaşadığı binada apararılan təmir-abadlıq işləri ilə bərabər, onlar tərəfindən şəhidimizin xatirə lövhəsi yenidən hazırlanmışdır. Daha sonra Tofiq Əli-zadə və «Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyin sədri Füzuli Rzaquliyev xatirə lövhəsinin açılışını etdilər. Tofiq Əli-zadə dedi ki, xatirə lövhəsinin açılış mərasimi həm müzəffər ordumuzun Qarabağ torpaqlarının erməni işğalçılarından tamami ilə azad edilməsinin il dönümünə və eyni zamanda da, Dövlət müstəqilliyimizin bərpasının 30 cu il dönümünə təsadüf edir. Tofiq Əli-zadə dedi ki, 28 ildən sonra başa verən 44 günlük müharibə nətiçəsində basda Ali baş komandanımız olan İlham Əliyev olmaqla, Azərbaycanın müzəffər ordusu erməni işgalçılaına elə bir dəmir yumruqlu zərbələr endirdilər ki., nətiçədə erməni orduları tamami ilə darmadağın olundu. Bu da bizim demək olar ki 28 ildən sonra düşmən üzərində tam və qətiyyətli qələbəmiz idi. Daha sonra şəhid Əliyev Valeh Xanlar olunun 1992-1994 cü illərdə Qarbagda döyüşlərdə olan qəhrəmanlığından danışıldı. Deyildi ki, şəhid ailələrinə sosial qaygı Cənab prezident İlham Əlivein müvafiq sənərcamları ilə təmin olunmuşdur. Sonra söz şəhid Əliyev Valeh Xanlar oğlunun anası, Dürnisə Əliyevaya verildi. Şəhid anası əvvəlcə zəhmət cəkib gələn qonaqları salamlayaraq bildirdi ki, şəhidlərimiz ölməzdir, onlar Azərbaycan dövləti durduqca,daima yaşayaçaqlar .Onlar xalqımızın bu günkü xoş günlərimiz ücün şəhid olmuşlar. Şəhid Anası tədbir iştirakçılarına bildirdi ki, bu xatirə lövhəsi ilk dəfə, Tofiq Əli-zadə tərəfindən hələ1998 ci ildə düzəldilmişdir.Bir ana olaraq, mən Vətənimiz olan Azərbaycan və bu günkü müstəqilliyimiz uğrunda iki şəhid oğul vermişəm, mən istəməzdim ki , hec ananın gözü şəhid olmuş oğluna gorə, yaslı olsun. Amma iki şəhid oğlumu itirəndən sonra şükürlər olsun ki, şəhid oğlanlarımın əvəzində,sözün əsil mənasında Tofq Əli-zadə kimi bir ziyalı oğula rast gəldim . Bəlkə də Tofiq müəllim olmasaydı, yəqin ki indi mən bu həyatda ogul dərdindən yaşamazdım, çünki son 24 il ərzində Tofiq Əli-zadə Azərbaycanın bir qeyrətli oğlu kimi, bu illər ərzində mənim bütün qayğılarımı cəkərək, bütün problemlərimi həll edib, Qurbanlıq və Ramazan bayramlarılnda daima,Azərbaycanının tanınmış ziyalıları ilə, məni daima yad ediblər.Axı mən sadə bir evdan şəhid anası olaraq, Tofiq Müəllim olmasaydı bu qədər Azərbaycan ziyalılarını tanıya bilməzdim axı.Onun sayəsində mən SSRİ Xalq artisti Lütfiyar İmanovu , xalq sair və yazıcıları olan Nəbi Xəzrini, Əlibala Hacızadəni, Söhrab Tahiri, İlyas Taptıqı, Şəfiqə Əliyevanı, professor Əsədulla Qurbanovu, Nazim Rizvanı və başqa tanınmış Azərbaycan ziyalıarı tanımışam . Bütün bu ziyalıları mənim şəhid balamın tədbirlərinə məhz Tofiq Əlizadə dəvət edib. Mən ona bir ziyalı Azərbaycan oğlu kimi daima minnətdaram. Bax bu günkü tədbirində təşkilatı rəhbərliyini məhs, Tofiq Əli-zadə öz boynuna götürüb. Daha sonra Vətən müharibəsi veteranlari birliyinin sədri Füzuli Rzaquliyev şəhid anası olan Dürnisə Əlievanı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVİB) təsis etdiyi medalla təltif etdi. Daha sonra Füzuli Rzaquliyev sözünü davam etdirərək, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə haqqında danışarkən bildirdi ki, Tofiq müəllim fəaliyyət göstərdiyi son 25 il ərzində daima şəhid ailələrinin və vətən müharibəsi qazilərinin qayğılarının həll olunması yolunda fədakarlıqla çalışmış və daima şəhid ailələrini sosial problemlərinin həlli məsələlərində fəallıq etmişdir.. Ona görə də AVMVİB İdarə heyyətinin qərarı ilə, onu təşkilatımızın fəxri medalı ilə təltif edirik. Və AVMVİB Yasamal şübəsinin sədri, kəşfiyyatçı-Qazi mayor Salman Hüseynov xatirə medalını təqdim etdi. Daha sonra söz xalq artisti, tanınmış aktyorumuz olan Elxan Qasımova verildi. O da öz növbəsində şəhid anasına təsəli verərək rejisoru olduğu “Biz Qaydacağıq” filmindən danışdı. Dedi ki, hələ 2007 ci ildə biz o filmi cəkərkən inanırdıq ki, biz mütləq Qarabaga qayıdaçağıq və 2020 ci ildə nəhayət ki, Qarabağa bir dəfələik qayıtdıqda. Çıxışının sonunda təşkilatı məsələlər və daima milli –mənəvi dəyərlərimizi əhatə edən belə tədbirlər təşkil etdiyinə görə, Tofiq müəllimə təşəkürünü bildirdi. Daha sonra cıxış edən “Şəhid Ailələrinə Sosila Dəstək” ictimai birliyini sədri Almaz Zeynalova cıxış edərək bildir ki, onun da həyat yoldaşı 1992 ildə Ağdam ugrunda gedən döyüşlərdə şəhid olmuşdur. Almaz xanım Dürnisə anaya təsəlli verərək dedi ki, bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələrə göstərilən sosial qayğlar cox yüksək səviyyədədir. Sevindiriçi haldir ki,həmişə şəhid ailələrinə qayğı və şəhidlərimizin xatirələrinin yüksəkdə tutulması bizlər ücün şərəf məsələsi kimi öndə durub.Bu gün ona görə, sevindim ki. 25 il ərzində cox böyük əziyyətlə qurduğu və rəhbəri olduğu “Dünya Azərbaycanlılaırn Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti olan Tofiq Əli-zadə, Azərbaycan Respublikası Vətən Müharibsəi Veteranları birliyinin fəxri medalı ilə təltif olundu Cunki, Tofiq Əli-zadə, son 25 il ərzində daima şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətlərində bizlərin yanında olmuş və bu sahədə əlindən gələn köməklikləri əsirgəməmişdir Daha sonra cəmiyyət sədri dedi ki, mənu burada daha da sevindirən hallardan bir də Tofiq Əli-zadənin AVMVİB fəxri medalla təltif olunması oldu. Cunki onun prezidenti oldugu təşkilatının “Dünya Azərbaycanlılaırn Həmrəyliyinə Dəstək” ictimai birliyinin missiyası xaricdəki Azərbaycanlıların Həmrəliyinin təşkili məsələsi olmasına baxmayaraq, 25 ildir ki,Tofiq Əli-zadə daima şəhid ailələri və müharibə qazilərimizə qayğı məsələlərində fəallıq edərək , bu sahədə əlindən gələni edir və bu sahədə bizlərə yardımcı olur . Bu işdə uca Tanrı özü ona kömək olsun. Sonra söz AMEA-sının şöbə müdiri Elvin Talışınskiyə verildi. Elvin müəllim də şəhid anasına Vətən ücün igid oğullar tərbiyyə etdiyinə minnətdarlığını bildirdi və bu günki tətbirin təşkilatcsı olan Tofiq Əli-zadəyə təşəküürünü bildirdi. Sonra cıxış edənlər, ziyalılardan Kamran Oruclu,“Sabaha-Inamla.az” saytının baş redaktoru Namiq Məmmədli,“Dünya Ana və Usaq” ictimai biliyinin sədri Dünya xanım Əliyeva, ziyalılardan, şair Şahlar Şuşalı, Tahir Sadıqov və ehtiyatda olan zabit qazilərimiz cıxışlar edərək şəhid anası olan Hacı xanım Dürnisə Əliyevaya belə iğid oğullar tərbiyyə etdiyinə görə minnətdarlıqlarını və tədbirin təşkilatçısı olan Tofiq Əli-zadəyə bu illər ərzində bu ailəyə qaygılar göstərdiyinə görə, təşəküürlərini bildirdilər.