Türkiyə və Rusiya prezidentləri arasında Soçidə keçirilən görüş başa çatsa da müzakirələr davam etməkdədir. Belə görüşlərin Azərbaycanın maraqları çərçivəsində Qarabağda sülyaratma prosesinə və həmçinin nəhəng tranzit layihələrin gerçəkləşməsinə təkan verəcəyi ehtimalı böyükdür.
Ona görə ki, Türkiyənin bölgədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı mövqeyini Rusiyanın da qəbul edəcəyi reallığa çox yaxındır. Çünki Qərbin və ABŞ-ın iqtisadi sanksiyaları ilə üzləşən Rusiya Turkiyə ilə birgə strateji layihələri genişləndirməyə məcburdur. Digər tərəfdən Zəngəzur dəhlizinin reallaşması Türkiyənin olduğun kimi Rusiyanının da maraq dairəsindədir. Bir sözlə mövcud şəraitin diktəsilə dərinləşən Türkiyə-Rusiya iqtisadi əməkdaşlığı Qarabağda və ümumilikdə regionda sülhyaratma prosesinə təkan verə bilər.
Təbii ki, Ərdoğan-Putin görüşü yalnız Cənubi Qafqaz məsələləri ilə yekunlaşmırdı. Mediaya geniş məlumatlar verilməsə də aydın məsələdir ki, dünyanın bir sıra regionlarında gedən proseslər dövlət başçılarının müzakirə mövzusu olub. Şübhəsiz ki, hər iki dövlətin uyğun gələn, üst-üstə düşən və həmçinin zddiyyət təşkil edən maraqları var.
Müşahidələr göstərir ki, Qarabağla, ümumilikdə, Cənubi Qafqazla bağlı proseslərdə Türkiyə -Rusiya strateji mahiyyət kəsb edən əməkdaşlığı gələcək üçün effektli ola bilər.
Əkrəm Bəydəmirli