Zəfərə zamin – Əkbər Qoşalının yazısı

Biz “Dağlıq Qarabağ”ı hansı şərtlərlə tanıya bilərik?

“Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq” 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü elan olunub. -Azərbaycan Prezidenti Anım Günü haqqında 02 dekabr 2020-ci il tarixli Sərəncam imzalayıb.

Rəsmi Anım Günü bu il ilk dəfə qeyd olundu – yüksək səviyyədə qeyd olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günündə xalqa tarixi müraciət etdi. 2021-ci ilin 27 sentyabrı, demək olar, başdan-başa Anım Gününə, əziz şəhidlərimizin Ruhuna ehtiramın, qazilərimizin fədakarlığına say­ğının ehtiva olunduğu özəl proqramla keçdi: Prezidentin xalqa müraciətindəki təsbitlər, ismarıclar, ümumən müraciət özü xüsusi hadisə oldu; dövlət başçısı və xanımı mükəmməl hazırlanmış Anım Yürüyüşünə qatıldı, şəhidlərimizin plakatlarını daşıdılar; Vətən Müharibəsi Memorail Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu; saat 12.00-da ölkə ərazisində nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırıldı, şəhidlər ümumrespublika miqyasında anıldı; ölkə paytaxtımız Bakı, Mədəniyyət Paytaxtımız Şuşa başda olmaqla, qədirbilən xalqımız hər yerdə şəhidlərin ruhunu dərin ehtiramla andı; Prezident və xanımı Ümummilli liderin məzarını ziyarət etdi. “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”! sözlərini yenə xatırladıq.

Dünya azərbaycanlıları, dünyadakı Azərbaycan dostları şəhidlərimizin ruhunu andı, ölkəmizin dini ibadət ocaqlarında – məscid, kilsə, sinaqoqlarda şəhidlərin əziz ruhu dualar oxunaraq yad edildi.

Qardaş Türkiyə Cümhuriyyəti dövləti, xalqı, vətəndaş cəmiyyəti institutları “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik” kəlamlarına uyğun olaraq, Azərbaycan şəhidlərini ürəkdən andı. Qardaş ölkələrimiz Türkiyə və Pakistan paytaxtlarındakı önəmli abidələr (“Ataqüllə”, “Pakistan” abidəsi) Azərbaycan Bayrağının rənginə büründü…

Bir sözlə, ilk dəfə qeyd olunan 27 sentyabr – Anım Günü şəhidlərin adına, xalqımızın adına layiq şəkildə qeyd olundu.

Azərbaycan Prezidentinin 27 sentyabrda, Anım Günü ərəfəsində BMT-nin 76-cı sessiyasında çıxışı, Rusiyanın “Nasionalnaya Oborona” jurnalına, Türkiyənin “Anadolu” agentliyinə müsahibələri müharibənin başlanmasının birinci ildönümünə, ən yaxın tariximizə ayna tutdu.

Dövlət başçısının Anım Günü münasibəti ilə xalqa müraciət özəl yerə malikdir. Səmimi, prinsipial, siyasi iradə nümayişli müraciət zaman-zaman müzakirə mövzusu olacaq, buna qətiyyən şübhə yoxdur. Əgər Ermənistanın siyasi gündəliyi önəmli dərəcədə Azərbaycandan asılıdırsa və İlham Əliyevin xalqa müraciətindən, “Anadolu” agentliyinə müsahibəsindən saatlar keçmiş erməni mediası, erməni ictimai fikri bu müraciət və müsahibəyə köklənibsə, bu, dediklərimizi təsdiq edir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə bağlı xalqa müraciətinin ayrı-ayrı cümlələri, bölmələri, bütövlükdə müraciətin mətni bizim və dostlarımız üçün qürurverici, inamaşılayıcı, düşmən üçün ağladəvətdir. Rəhmətlik Fikrət Qocanın məşhur misralarını xatırlayıram: “Yaşa, Prezidentim, yaşa”!

Xalqa müraciətdə nələr vardı?
– Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması və tarixi Zəfərilə başa çatan 44 günlük Vətən Müharibəsinin gedişi, müharibənin əsas aşamaları, önəmli hadisələr;
– 27 sentyabr – Anım Gününün milli qürur günü kimi qeyd edilməsi. Anım Günü, bu günə özəl tədbirlər proqramı xaraktrli, ənənəli mahiyyət kəsb edir. – Xocalı Soyqırımı qurbanlarının 20, 25, 27-ci ildönümləri münasibəti ilə keçirilən anım yürüşlərini xatırlatmaq istərdim. Habelə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu – Azərbaycan Bayrağı önündə diz çöküb, bayrağı öpmək ənənəsini xatırlatmaq istərdim.

Cənab İlham Əliyev bu ənənəni ləyaqətlə davam etdirir, işğaldan azad olunmuş şəhərlərimizdə bayrağımızı göyün üzünə çəkmədən öncə, diz çöküb, öpür, gözlərinin üstünə qoyur… Dövlət başçısının sözləri ilə desək, əsgər və zabitlərimiz torpaqlarımızı bir əlində silah, bir əlində bayraq, qəlbində Vətən sevgisi ilə azad edib. Azərbaycan Prezidentinin bayrağa, şəhidlərə, Vətənə münasibəti xüsusi yüksək dərəcə nümayiş etdirir.

Beləliklə, ləyaqətli varislik bayraq kultumuza onun dərin münasibətini, vətəncanlılığını, xalqcanlılığını, milli-mənəvi dəyərlərə bağlılığını, alovlu vətənpərvərliyini parlaq şəkildə göstər­məkdədir. Azərbaycan dövlətinin və xalqının şəhidlərin xatirəsini uca tutması, şəhidlərin əziz xatirəsinə salınan parklar, xiyabanlar, şəhidlərimiz, qazilərimiz üçün yüksək Vətən Müharibəsi Qəhrəmanı adının, “Zəfər”, “Qarabağ” kimi yeni yüksək ordenlərin, çoxsaylı medalların təsis edilməsi, “YAŞAT” Fondunun, yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbənin yaradılması, şəhid ailələrinin, qazilərin sosial problemlərinin həlli istiqmətində görülən ardıcıl işlər dövlət-xalq birliyinin, şəhidlərin uca ruhuna sayğının təntənəsidir.

Biz zəfərə hər gün yaxınlaşırdıq, bizim Zəfərə inamımız heç vaxt öləzimədi. Prezidentin ötən dövrlərdə prinsipial, siyasi iradəli və düşünülmüş addımları ölkəmizin müdafiə qabiliyyətini, beynəlxalq nüfuzunu yüksəldirdi. Çağdaş, güclü ordu yaradılması, xalqın səfərbər edilməsi istiqamətində dövlətin, şəxsən dövlət başçısının gördüyü işlər tarixi zəfərimizə zəmin yaradırdı. Döyüşlərdə qazandığımız, haqq etdiyimiz şanlı zəfərimiz yalnız torpaqlarımızın azad edilməsini təmin etməyib, heç də bundan az önəm kəsb etməyən “məğlub xalq sindromu”ndan qurtulmağımıza, milli qürurumuzu, xəlqi ləyaqətimizi tam gücü ilə bərpa etməyə fövqəladə əsaslar yaratdı.

Xalqa müraciətin başqa bir nüansı, Ermənistanın insanlıq əleyhinə cina­yətlərinə, o cümlədən hərbi cinayətlərinə, çirkin əməllərinə, müharibəni döyüş meydanından uzaqlara çıxarmaq cəhdlərinə vurğu edilməsindəndir. – Düşmənin mülki əhaliyə qarşı qadağan olunmuş kasetli bombalardan istifadə etməsi; Gəncə, Bərdə, Goranboy, Naftalan və Tərtərdəki dağıntılar, itkilər, Yevlax, Mingəçevir, Qəbələ, Naxçıvana namərdcə raketlər atılması, hətta “İskəndər-M” raketindən istifadə edilməsi… özü xüsusi bir mövzudur. Ermənistanın bütün bu və bənzəri ləyaqətsizliklərinə, vandallığına baxmayaraq, Azərbaycanın müharibədə qızıl ləyaqət göstərməsi iki dövlət, xalq, cəmiyyət arasındakı unikal fərqi dəqiq ifadə edir. Öz Müzəffər Ali Baş Komandanının çevrəsində bir yumruq kimi sıx birləşərək cəsarət və yetkinlik nümayiş etdirən xalqın düşmənin başına enən yumruğu da çox manidardır: Dəmir Yumruq! Dəmir Yumruğun manifestini müəyyənləşdirəsi olsaq, müharibə dövrünün çağırışı – “Öldü var, döndü yoxdur” olar.

Xalqa müraciətdə başqa nələr vardı? –

Azərbaycan Ordusunun 44 gün içində yalnız irəli getməsi, əsgər və zabitlərimizin qəhrəmanlıq örnəkləri məhəbbətlə vurğulandı.

O da vurğulandı ki, dünənin, sabahın öz yeri var, bugününsə öz gerçəklikləri vardır: müharibə tarixdə qalıb, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. “Dağlıq Qarabağ” bərpa oluna bilər – ancaq bizdə yox, 25 minlik əhaliyə ayrıca bir “dövlət” qurmaqçün dəridən-qabıqdan çıxanların belə bir icraatı öz məmləkətlərində etməsi ən uyğun variantdır. – O erməni, o da sizlərin böyük əraziləriniz, aparın, qurun, yedirdin-içirdin – zira biz ermənilərin nə yuvanın quşu olduğunu dəqiq bilirik. Adına barbar deməyin, vandal deməyin, “qədim xalq”, “mədəni xalq” deyin, ari deyin… Qoy, o, əli, gözü, ideolojisi əyri, tarixi, mədəniyyəti saxta bir qəbilə birləşkəsi, bir bekara kütlə sizlərin olsun – halal-xoşunuz olsun. – Aparın, bəlkə bir-iki il keçməmiş hərəsinin üstündə də, xeyli ödəniş edib, geri döndərmək istəyəcəksiz… Biz də o zaman cəhənnəmin qapısını göstərərik…

Cəhənnəmdən keçək cənnətə:

44 günlük müharibədə, müharibədən öncə, müharibədən sonrakı dönəmdə qardaş Türkiyənin Azərbaycana göstərdiyi müstəsna siyasi və mənəvi dəstəyi 27 sentyabrda xalqa müraciətində bir daha vurğulayan ölkə başçısı, bir daha qədirşünaslıq, dərin vəfadarlıq örnəyi göstərmiş oldu.

Əlbəttə, qardaş Pakistanı, digər qardaş-dost ölkələri də unutmuruq. Unutmuruq ki, undulmayaq.

Beynəlxalq aləm Azərbaycanın tarixi Zəfərini qəbul edir; bu gün Azərbaycanın bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf olması danılmaz faktdır.

Beəliklə, erməni faşizmi təzahürləri, əvəzçıxma meylləri ilk növbədə Ermənistanın özü üçün təhlükə yaradır – İlham əliyevin xalqa tarixi müraciətdə dediyi kimi – Azərbaycanın bütün ssenarilərə hazırdır! Ermənistanın hər bir təxribatına heç bir tərəddüd etmədən və ən layiqli şəkildə ağır cavab veriləcək!

Anadolulular demiş, hodri, meydan! Buyursunlar…