44 günlük müharibədə qazanılan Zəfər ürəyimizə su səpdi

Tariximizin qanla dolu olan səhifələri çox olsada, 44 günlük müharibədə qazanılan Zəfər ürəyimizə su səpdi.

Ölkə başçısının müdrik siyasəti, Müzəffər Ordumuzun rəşadəti ilə torpaqlarımız işğaldan azad olundu. İşgaldan azad olan torpaqlarımıza ayaq basıb ,torpağımızın xışıltısını duymaq istədim. İllərlə bu günün həsrəti ilə yanıb, kül olmuşdum. Getdiyimiz yol, bizim yol idi. Getməsəkdə gəlməsəkdə bizim yol idi.
O yollarla düz 28 il idi getmirdim. Yolumuzun sağındakı, solundakı evlər dağıdılıb xarabalığa döndərilmişdi.Yaşıllıqlardan əsər -əlamət yox idi. İllahi bu mənim 28 il bundan öncə qoyub gəldiyim Ağdam idimi? Bəs görəsən nəslimi, doğmalarımı, əziz Anamı torpağa tapşırdığım ‘Uzundərə’ qəbristanlığı yerindəydimi? O qədər qarışıq fikirlərdən ürəyim çırpınırdı. Kaş, kaş Anamın qəbrini tapa biləydim.? Axı mənə Xocalıdan min bir zillətlə gətirib dəfn etdiyim bir məzar qalmışdı.
 Ağdam işğal olunana kimi o məzarı ziyarət edib üstünə güllər səpərdim. Yol uzandıqca, uzanırdı. Bu dəfə bu yola Qardaş Türkiyəmizin nüfuzlu CNN televiziyasının çəkiliş qrupu ilə gedirik. Ora çatanda gün əyilmişdi. Orda Prezidentin səlahiyyətli nümayəndəsi Emin müəllimlə birlikdə Uzundərədəki qəbristanlığa yollandıq. . 800 nəfərin dəfn olunduğu məzarlıq darmadağın edilmişdi. Çox axtardım amma anamın məzarından bir nişanə belə tapa bilmədim. Anamın ruhu ordaydı.
Mən gəldim ay Ana! Hardasan bilirəm bilirəm ki ruhun oyaqdı-dedim. Gətirdiyim gülləri   ordakı dağdılmış məzarlıqların üzərinə səpələdim!Qarabağ dərdindən,  Qarabağ zəfərindən  Qarabağ Azərbaycandır adlı filmi bu televiziyanın əməkdaşları Serra Taşkıran, Merve Şahin, İbrahim Özkan, Ceyhun Bur,  Ceyhun Ekiçi ərsəyə gətirib. Filimdə cənab Prezidentin və onun köməkçisi Hikmət Hacıyevində Azərbaycanla, Zəfərimizlə bağlı fikirləri  yer alıb.Can qardaşımız ,Türkiyə var olun!